Əsas Səhifə > Ölkə > BAKIDA MƏMURU BIÇAQLADILAR

BAKIDA MƏMURU BIÇAQLADILAR


30-11-2011, 11:56
BAKIDA MƏMURU BIÇAQLADILAR

İCRA HAKİMİYYƏTİNİN İŞÇİSİ REANİMASİYAYA YERLƏŞDİRİLDİ

Bakının Nəsimi rayonu Azadlıq prospekti, “Dostluq” kinoteatrının yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə zamanı 30 yaşlı Elşən Atakişizadə naməlum şəxs tərəfindən bıçaqlanıb. 1 saylı şəhər xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən boğaz nahiyəsindən bıçaq yarası alıb.

Hazırda yaralının vəziyyəti normal olsa da, o reanimasiya şöbəsində müalicəsini davam etdirir. Qeyd edək ki, hadisə nəticəsində bıçaq xəsarətləri alan Elşən Atakişizadə Suraxanı Rayon İcra Hakimiyyətində çalışır. Faktla bağlı Nəisim RPİ-də araşdırma başlanılıb.


Geri qayıt