Əsas Səhifə > Güney Press / Manşet > LƏNKƏRANDA 77 YAŞLI QADINA NECƏ FIRILDAQ GƏLİRLƏR?
LƏNKƏRANDA 77 YAŞLI QADINA NECƏ FIRILDAQ GƏLİRLƏR?18-03-2013, 17:24 |
![]() DİA.AZ: - Lənkəran rayonu, Liman şəhəri, M. Ə. Sabir küçəsi, ev 133 ünvanında yaşayan Nizami Hüseynovun adından redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a göndərilən məktubu olduğu kimi diqqətinizə təqdim edirik: “Son vaxtlarda Lənkəranın dövlət orqanlarında insanların hər addımbaşı aldadılması adi hal alıb. Ən təəccüblüsü odur ki, müvafiq icra strukturları da, sanki iflic olublar. Bir sözlə, dərəbəylik baş alıb gedir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Lənkəran Qaz İstismar İdarəsi son iki il yarımda qaz istehlakçılarını aldatmaqla məşğuldur. Əvvəllər qurulmuş 2,5 kubmetr/saat gücündə olan sayğaclar 4,0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənib. Bu sayğacların əvvəlkilərindən fərqi istehlak olunan qazın miqdarını təxminən 2-2,5 dəfə artıq qeyd etməkdir. Məsələyə bir az da aydınlıq gətirsək, bu sayğaclar elə tənzimlənib ki, vətəndaş 2 manatlıq təbii qaz işlədirsə, sayğac bunu 4-5 manat kimi qeydə alır. Buna da səbəb “Azəriqaz”ın öz tabeliyində olan “Qazsazlama” idarəsi ilə əlbir olmasıdır. Yəni 2 fərqli təşkilatın bir əldə birləşməsi əhalini mədəni şəkildə soymağa əlverişli şərait yaradır. Qaydaya görə, sayğaclar laboratoriyada nizamlanmalı, standartlara uyğunlaşdırılmalı, sonra Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndəsi ilə birgə plomblanmalıdır. Çox təəssüf ki, bu hal baş vermir və proseslər əhalinin ziyanına həyata keçirilir. Lənkəran rayonu, Liman şəhərinin sakini, anam Zəhra Hüseynova 20 ilə yaxındır ki, Lənkəran qaz istismarı sahəsində abonent kimi qeydiyyatdadır. Hər ay evinin qaz təminatı xətti üzərində quraşdırılan qaz sayğacı onun В«mavi yanacaqВ» istehlakına görə 120-140 manat yazır. Abonent hər ay qaz istehlakına görə 30 AZN ödəsə də, buna baxmayaraq xeyli miqdarda debitor borcu yaranıb. Bunun səbəbi heç də abonentin qazı istehlak etməyində deyil, sadəcə, sayğacın saxta olmasındadır. Z. Hüseynova sayğacın ekspertizaya göndərilməsi üçün müvafiq dövlət qürumlarına, o cümlədən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri R. Həsənova etdiyi təkidli müraciətlərdən sonra, 4305274 saylı qaz sayğacı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən götürülərək yoxlamadan ötrü ekspertizaya göndərilib. Bu ilin fevralın 15 – də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin rəisi Vüqar Ələkbərovun imzasıyla mənə ünvanlanan məktubda göstərilir ki, 4305274 saylı qaz sayğacı yoxlamadan ötrü Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Labaratoriyasına göndərildi. Labaratoriyanın 65 saylı bildirişinə əsasən 4305274 saylı qaz sayğacı yararsız hesab edilib. Belə ki, qaz sayğacı normadan aşağı göstərir. (sərfiyyatdan az yazır) Beləliklə, təzə sayğac almaqdan ötrü abonentin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Lənkəran Qaz İstismar İdarəsinə müraciət etməyi tövsiyyə olunur. Sən demə, qaz sayğacı yararsız olmasına baxmayaraq abonentə xeyir verirmiş. Abonent isə bunu anlamayıbmış. Əlqərəz, abonent Zəhra Hüseynova Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin rəisi Vüqar Ələkbərovun göndərdiyi məktubun açmasını fikirləşməyində ikən, Lənkəran Qaz İstismar İdarəsinin müdiri Ceyhun Axundovun göndərdiyi qoçu dəstəsi isə abonentin qaz xəttini kəsməyində olur. Sənədlərdən göründüyü kimi, qaz sayğacı ekspertizanın rəyinə görə, yararsız hesab edilib. Bu o deməkdir ki, istər istehlakçının xeyrinə və yaxud ziyanına olsun, sayğacın nəticələri ləğv olunmalı və dərhal təzə sayğac quraşdırılmalıdır. Havaların soyuq keçdiyi bir gündə, 77 yaşlı, xəstə ananın və sağlamlıq imkanları məhdud olan 12 yaşlı xəstə uşağın olduğu evdə qaz xəttinin kəsilməsinə nə ad vermək olar? Bu, dərəbəylik deyil, bəs, nədir? Almanlar konslagerdə istilik sistemi qurmuşdular ki, əsirlər soyuqdan ölməsinlər. 21 – ci əsrin Azərbaycanında baş verən belə hərəkətə heç orta əsrlərdə yol verilməyib. Axı, bizim günahımız nədir ki, bu ölkədə anadan olmuşuq”. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |