Əsas Səhifə > Güney Press / Manşet > KƏRƏM HƏSƏNOVDAN İLHAM ƏLİYEVƏ ŞİKAYƏT OLUNDU
KƏRƏM HƏSƏNOVDAN İLHAM ƏLİYEVƏ ŞİKAYƏT OLUNDU18-03-2013, 16:50 |
|
DİA.AZ: - Azadlıq prospekti 154 ünvanında yerləşən Gülnarə restoranının təsisçiləri ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik. Təsisçilər yazır: "Gülnarə" restoranı artıq 2 ilə yaxındır ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və qardaşı "AZİNKO" şirkətinin prezidenti, deputat Malik Həsənovun birbaşa rəhbərliyi və göstərişilə sökülmüş əvəzində 6 nəfər mülkiyyətçiyə heç bir vəsait ödənilməmişdir. Dəfələrlə adıçəkilən şəxslərə müraciətlər edilsə də, bu heç bir nəticə verməmişdir. Cənab prezident, istər sizin çıxışlarınızda, istərsə də, Azərbaycan qanunvericiliyində vətəndaşların mülkiyyəti dövlət və yaxud digər ehtiyaclar üçün söküldüyü təqdirdə, həmin əmlakların dəyəri ədalətli ödənməlidir. Bütün bunlara baxmayaraq Həsənov qardaşları nə sizin çıxışlarınıza, nə də dövlətin qanunlarına məhəl qoyur, vətəndaşları dövlətdən və sizdən narazı salırlar. Belə olan halda ortaya sual çıxır: Görəsən, Həsənov qardaşlarına kim havadarlıq edir ki, bu şəxslər heç kimə və heç nəyə məhəl qoymur? Obyektlər sökülərkən dövlət sifarişi adı ilə sökülür. Dövlət büdcəsindən həmin obyektlərin alınması üçün milyonlarla vəsait ayrılır. Lakin həmin vəsait Kərəm və Malik Həsənov qardaşları tərəfindən Yusif Qəmbərovun əlilə nağdlaşdırılır. Əvəzində vətəndaşlara Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin balansında olan lazımsız, yararsız obyekt və torpaq sahələri ujuz qiymətə özəlləşdirilərək təklif olunur. Sizin bunlardan xəbəriniz varmı cənab prezident? Konkret olaraq "Gülnarə" restoranının əvəzində təklif olunan yer obyektə ayrılmış vəsaitin heç 10 faizini də təşkil etmir. Halbuki Maliyyə Nazirliyindən aldığımız məlumata əsasən Azadlıq prospekti 154 ünvanında yerləşən 16 mərtəbəli binanın, hansı ki, həmin binanı alt qatında “Gülnarə” restoranı yerləşirdi, söküntüsü və əhalinin yerləşdirilməsi üçün 40 milyon vəsait ayrılmışdır. Ümumiyyətlə isə bu günə qədər köçürmə işlərilə bağlı 100-ə yaxın ailə çöllərdə qalmaqdadır. Biz bilirik ki, Heydər Əliyevin övladı kimi, xalqımızın istəkli və ədalətli prezidenti kimi sizi sevən, yolunuzda öluümə hazır olan insanların başına bu oyunları açmarsınız. Sizi aldadırlar, cənab prezidentВ». Geri qayıt |