Əsas Səhifə > Güney Press / Manşet > NÖVBƏTİ İMTAHAN SESSİYASINDA ŞOK OLAYLAR GÖZLƏNİLİR
NÖVBƏTİ İMTAHAN SESSİYASINDA ŞOK OLAYLAR GÖZLƏNİLİR18-03-2013, 16:14 |
![]() DİA.AZ: - Davamlı olaraq təhsil nazirliyi cəzalandırılan məktəb direktorları və orta məktəb müəllimləri barədə məlumatlar verir. Elə bu gün də belə bir ənənəvi məlumat toplusu açıqlanıb. Amma gedişatdan da aydın şəkildə görünür ki, Misir Mərdanov yalnız orta məktəb səviyyəsində cəza maşınını işə salıb və ali təhsil ocaqları nədənsə bu məsələdən kənar tutulur. Qeyd edək ki, antikorrupsiya tədbirlərinə dövlət səviyyəsində start veriləndən dünənə qədər ayrı-ayrı hesabatlarda, sorğularda ən çox korrupsiyalaşmış bir sahə kimi diqqətə gələn təhsil sistemində heç bir dəyişiklik baş vermədi. Yəni sözügedən prosesin təhsil sistemində heç bir təzahürü hiss olunmadı ki, bu da daha çox sirli qüvvələrin təhsil sistemini hifz etməsilə bağlıdır. Doğrudur, BDU-nun bir əməkdaşı rüşvətə görə həbs olundu və təhsil nazirliyinin bir işçisi də eyni ittihamla tutulmuşdu. Amma BDU-nun müəllimi Məhəmməd İmanlıy qarşı keçirilən əməliyyatın və Misir Mərdanovun antikorrupsiya kampaniyasında В«qurbanıВ» kimi təqdim olunan Orxan Kərimovun işləri heç də təhsildə tüğyan edən total rüşvətxorluğun qarşısının alınmasına hesablanan addımlar kimi yox, daha çox dekorativ mahiyyət daşıyan tədbirlər kimi nəzərə çarpdı. Çünki bu gün orta və ali məktəblərdə hökm sürən durum da diqtə edir ki, korrupsiyaya qarşı mübarizə idarəsinin bütün heyəti iş-gücünü buraxıb sözügedən sahəni təmizləməklə məşğul olsunlar. Hətta bu halda belə dəyişiklik üçün böyük zamana ehtiyac yaranır. Yəni vəziyyət bu həddə şiddətlidir. Məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, Misir Mərdanovun bu şəkildə əlahiddəliyi, antikorrupsiya sistemindən kənar tutulması uzun müddətə davam etməyəcək. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, ali məktəblərdə qarşıdan gələn imtahan sezonları antikorrupsiya tədbirləri üçün gözəl bir fürsətdir və В«yuxarılarВ» bu fürsətin dəyərləndirilməsi qərarını veriblər. Mənbənin söylədikləri: В«Bu imtahan sessiyasında özəl və dövlət ali məktəbləri xüsusi nəzarətə götürüləcək. Artıq qərar verilib. Və həbslərin kütləvi xarakter alması da mümkündür. Çünki bu gün ali məktəb müəllimləri digər sahələrdə çalışanlarla müqayisədə kifayət qədər ciddi maaş alırlar. Yəni bu kimi addımların ardından dövlət sözügedən sahədə durumun dəyişdirilməsi üçün müdaxiləsini vacib hesab edirВ». Geri qayıt |