Əsas Səhifə > Cəmiyyət > KEÇMİŞ BAŞ NAZİRDƏN TƏKLİF GƏLDİ

KEÇMİŞ BAŞ NAZİRDƏN TƏKLİF GƏLDİ


18-03-2013, 12:36
KEÇMİŞ BAŞ NAZİRDƏN TƏKLİF GƏLDİ
"KÖLGƏ İQTİSADİYYATI LEQALLAŞDIRILMALIDIR"

“Korrupsiyaya, inhisarçılığa qarşı mübarizə nisbətən genişlənsə də, hələlik görülən işləri yetərli hesab etmək olmaz”. Deputat Əli Məsimli “Media forum” saytına belə deyib. O qeyd edib ki, inhisarçılıq əsaslı surətdə aradan götürülməlidir: “Sahibkarların işinə müdaxilələrin aradan qaldırılması sahəsində təsirli tədbirlər görülməlidir. Azad sahibkarlıq hamıya şamil olunmalıdır. Dövlətin bu sahəyə dəstəyi gücləndirilməlidir. Korrupsiya ilə mübarizə daha dərin və geniş miqyasda aparılmalıdır”.

Deputat kölgə iqtisadiyyatını leqallaşdırmağı və vergiyə cəlb etməyi məsləhət bilir: “Bunların həyata keçirilməsi ölkədə iqtisadi və sosial inkişafa yeni nəfəs verər, müxtəlif səpkili sosial gərginliklərin qarşısını alar və həm də sosial sferadakı gərginlikləri tənzimləmək asanlaşar. Bu əsasda süni qiymət artımının qarşısını almaq, sahibkarlığı canlandırmaq, əhalinin sosial vəziyyətini sürətlə yaxşılaşdırmaq olar”.

Geri qayıt