Əsas Səhifə > Gündəm, Manşet > TAĞI ƏHMƏDOV PULLARI NECƏ XƏRCLƏYİR?

TAĞI ƏHMƏDOV PULLARI NECƏ XƏRCLƏYİR?


30-11-2011, 11:34
TAĞI ƏHMƏDOV PULLARI NECƏ XƏRCLƏYİR?

METRODA QİYMƏT QALXIR, AMMA DOTASİYA AZALMIR

DİA.AZ: - Xəbər verildiyi kimi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və iclasda aidiyyəti qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, metro ilə sərnişindaşıma xidmətlərinin, soba mazutunun, Dövlət Radiotezliklər İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti və İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

İclasda həmçinin, Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılmışdır. Amma buna qədər də gediş haqqı qalxanda metroda heç nə dəyişməmişdi.

Bakı Metropolitenində gediş haqları hələ iki il öncə 3 dəfə artarkən, dotasiyanın azalacağı deyilirdi. Amma əksinə oldu. Qurum gediş haqlarının artıdığı 2009-cu ilədək 38 milyon manat subsidiya alırdısa, yardımlar həmin il 66 milyon manata, 2011-ci ildə 80 milyon manata yüksəldi. Bundan əlavə, Metropolitenə 2006-2011-ci illər ərzində təkcə büdcə vəsaitləri hesabına 661 milyon manat investiya xərcləri ayrılıb. Bura yeni vaqonların alınması, stansiyaların tikintisi və sair təmir-tikinti işləri daxildir. İdarənin illik gəliri isə 30 milyon manata yaxın olur. Bu qədər gəlirlərin qarşılığında Metropolitenin işıq borcu da boğaza qədərdir. Hələ «Barmek»in dönəmində qurumun şirkətə 20 milyon manat borcu var idi. «Azərenerji» ilə də zaman-zaman ödənişlərin aparılmamasına görə mübahisələri olur. Bir neçə il öncə «Azərenerji» məhz yararan iri borca görə metroya elektrik enerjisinin verilişini bir neçə saatlıq dayandırmışdı.

Vergilər Nazirliyinə ödəmələrinə gəlincə, bu haqda hesabatlarda məlumatlar göstərilmir. Amma ekspertlər dövlət qurumunu büdcəyə də xeyli borcu olan iri vergi ödəyicisi hesab edirlər. Hesablama Palatasının 2010-cu il büdcəsinin icrasına dair hesabatında bir fakt ekspertlərin sözlərini təsdiqləyir. Belə ki, audit zamanı məlum olub ki, Metropoliten 1,765 milyon manat vergidən yayınıb. Bu rəqəm artıq İdarənin büdcə qarşısında öhdəliyini necə yerinə yetirdiyni göstərir ...


Geri qayıt