Əsas Səhifə > Siyasət, Manşet > PA ŞEFİNDƏN İLK DƏFƏ OLARAQ HESABAT İSTƏNİLDİ

PA ŞEFİNDƏN İLK DƏFƏ OLARAQ HESABAT İSTƏNİLDİ


18-03-2013, 11:41
PA ŞEFİNDƏN İLK DƏFƏ OLARAQ HESABAT İSTƏNİLDİ
BUNUN ARDINDAN RAMİZ MEHDİYEVİ HANSI PROSESLƏR GÖZLƏYƏ BİLƏR?

DİA.AZ: - ««AzərTAC» vasitəsilə yaydığı son müsahibəsilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev əslində çox ciddi mesajlar ötürüb ki, bu da lazımi dairələr tərəfindən gərəkincə dəyərləndirilib». Bu ilginc açıqlamanı DİA.AZ-a hökumət içindəki etibarlı mənbə verib. Qaynağın sözlərinə görə, əslində Ramiz Mehdiyevin mətbuata açıqlaması ilə ona yaxın olan cinah təmsilçilərinin də yenidən KİV-lərdə görünməyə başlaması daha çox ictimai rəyə hesablanmış gedişlərdir və bütün bunlar hansısa yeniləşmənin təzahürü kimi qəbul edilə bilməz.

Mənbəmiz xatırladır ki, Ramiz Mehdiyev son aylarda kifayət qədər böyük itkilərə məruz qalıb: «Hər halda, Elşad Abdullayevin videobombardmanına qədər vəziyyət tamam fərqli idi və Ramiz Mehdiyevin iddiası ilə hətta jurnalisti belə həbs edirdilər. Yəni PA şefi Azərbaycanın adını beynəlxalq təşkilatların hədəfinə çevirəcək addımlarda belə özünü müstəqil hiss edirdi. Bunun nə demək olduğunu iqtidarın polittexnoloqları daha yaxşı anlayır. Amma indi vəziyyət tamam fərqlidir və Ramiz Mehdiyev müdafiəyə ehtiyac duyur və onun əldə edə biləcəyi uduş hansısa yeni mövqenin qazanılması yox, əlindəki rıçaqların qorunub saxlanması ola bilər».

PA şefinin son müsahibəsilə bir çox məqamlara sətiraltı aydınlıq gətirməyə çalışdığını bildirən qaynağımızın sözlərinə görə, əslində bu izahat ehtiyacının özü belə Mehdiyevin zəif durumunun görüntüsü kimi qəbul edilməlidir: «Yəni anlışılanı odur ki, Mehdiyev yaxın çevrəsinə təskinlik verməyə, əvvəlki iqtidarının yenə də ona məxsus olduğunu nümayiş etdirməyə çalışır. Amma məsələ heç də belə deyil. Əgər ortada izahat ehtiyacı yaranıbsa, deməli, hesabat verməyin də vaxtı yetişib».

Məlumatlı mənbə iddia edir ki, hakimiyyətin üst düzəyi tərəfindən Ramiz Mehdiyevdən bir neçə istiqamət üzərə hesabat istənilib: «Bu faktdır. Artıq Ramiz Mehdiyevdən baş verən olayların hesabatı istənilir. Təbii ki, PA şefi bunun hansı anlama gəldiyini yaxşı bilir. İlkin mərhələnin start düyməsi basılıb və bunun ardından da iqtisadi rıçaqlar məsələsinə ciddi müdaxilə ediləcəyi də şübhəsizdir».

Geri qayıt