Əsas Səhifə > Siyasət, Manşet > NN ŞEFİNİN DAHA BİR RAYONUNDA ÜSYAN HƏYƏCANI

NN ŞEFİNİN DAHA BİR RAYONUNDA ÜSYAN HƏYƏCANI


18-03-2013, 09:58
NN ŞEFİNİN DAHA BİR RAYONUNDA ÜSYAN HƏYƏCANI
NİZAMƏDDİN QULİYEVİN SAHİBKARI HƏBS ETDİRMƏSİNİN ŞOK PƏRDƏARXASI

DİA.AZ: - Goranboyda baş verən sahibkar Müqayis Verdiyevin həbsindən sonra icra başçısı Nizaməddin Quliyev daha da irəliyə gedib. İcra başçısının özbaşınalıqlarının qarşısını isə alan tapılmır. Bundan istifadə edən və nəqliyyat naziri Ziya Məmmədova arxalanan Nizaməddin Quliyev kimi istəyirsə, həbs etdirir. DİA.AZ bildirir ki, bu barədə "AzeriNews.org" saytı xəbər yayıb.

Portala daxil olan məlumatlarda bildirilir ki, Nizaməddin Quliyev Goranboyda əhalini qorxu içində saxlayır. Xüsusilə də icra başçısından "yuxarılara" şikayət edən yerli sakinlər hədə-qorxulara məruz qalırlar. Müqayis Verdiyevin taleyini yaşamaq istəməyən rayon sakinləri isə məcbur qalıb yurd-yuvalarını tərk edirlər.

"AzeriNews.org"a rayon sakinlərinin verdiyi məlumata görə, Müqayis Verdiyevin həbsinin səbəbləri başqadır. Belə ki, icra başçısı Nizaməddin Quliyevdən pulunu geri tələb edən Müayis Verdiyev təhqirə məruz qalıb. İcra başçısı "Goranboyda kişi yoxdur" və başqa nalayiq ifadələrlə sahibkarın heysiyyatına toxunub və bu sözlərdən hiddətlənən Müqayis Verdiyevlə Nizaməddin Quliyev arasında mübahisə yaranıb. Bundan icra başçısının əlinə fürsət düşüb və sahibkarı şərləyərək həbs etdirib.

Mənbə onu da əlavə edir ki, icra başçısının fəaliyyətindən narazı rayon sakinlərinə qarşı təzyiqlər olunur, onlar həbslə hədələnir: "İcra başçısı Nizaməddin Quliyevin özbaşınalıqlarında müvafiq instansiyalara şikayət edənlər təzyiqlərə məruz qalırlar. Həbs ediləcəkləri ilə hədələnirlər. Ümumiyyətlə, bu gün Goranboyda vəziyyət olduqca acınacaqlıdır. Nizaməddin Quliyevin özbaşınalığı o həddə çatıb ki, camaat doğma yurd-yuvasından baş götürüb qaçır. Təsəvvür edin ki, rayon get-gedə boşalır. Gözü doymayan icra başçısı isə hətta oğlunun yeni vəzifə pulunu belə büdcə təşkilatlarından, rayonda fəaliyyət göstərən ticarət obyektlərindən toplayıb. Özü də açıq-aşkar deyir ki, pul verin, oğlumu yeni vəzifəyə təyin etdirəcəm".

Onu da xatırladaq ki, bir il əvvəl üsyan meydanına çebrilən Quba rayonu da Ziya Məmmədovun nəzarəti alıtnda idi və Ziya Məmmədov üsyanı yatırtmaq üçün Bakıdan gedən rəsmi heyətdə də ön sırada idi və hətta qubalıların qarşısına çıxıb üzr istəyən də NN şefi oldu. İndi isə deyəsən, adamına təpinməyən Ziya Məmmədov goranboyluların qarşısında üzr istəmək zorunda qalacaq. Hər halda rayonda baş verənlərə müdaxilə olunmazsa, belə bir aqibət qaçılmazdır.

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt