Əsas Səhifə > Gündəm, Manşet > RUSİYA SEÇKİQABAĞI DÖNƏMƏ TƏXRİBAT VƏD EDİR
RUSİYA SEÇKİQABAĞI DÖNƏMƏ TƏXRİBAT VƏD EDİR18-03-2013, 09:46 |
KREML AZƏRBAYCANDAKI XAVARİCLƏRİ BİR ALƏT KİMİ İSTİFADƏ EDƏ BİLƏR DİA.AZ: - Redaksiyamıza Azərbaycanda yeni təxribat ocaqlarının yaradılacağı ilə bağlı çox narahatedici məlumatlar daxil olub. Məlumatlı qaynaqların DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, əsas olaraq Rusiyanın xüsusi xidmət orqanları neçə müddətdir ki, rəsmi Bakı ilə Kreml arasındakı sərinlik səbəbindən Azərbaycanda müxtəlif təxribat xarakterli aksiyaların tədarükü ilə məşğuldur. Mənbə iddia edir ki, növbəti dalğada Azərbaycanda sünni-şiyə gərginliyinin salınması planlaşdırılır. Onu da qeyd edək ki, son günlər redaksiyamızın elektron poçtuna ayrı-ayrı dini cərəyanların nümayəndələrinin adından müraciətlər də göndərilməkdədir və belə bir qənaət formalaşır ki, rus kəşfiyyatı artıq hərəkətdədir. Çünki daxil olan məlumatların əksəriyyətinin ruhunda Azərbaycanın dini zəmində parçalanması niyyəti dayanmaqdadır. Məlumatlı mənbənin DİA.AZ-a söylədikləri: «Ruslar bu seçki ilində öz maraqlarının qorunması naminə bütün vasitələrə əl atacaqlar. Onlar üçün aydın olub ki, Qarabağ kartı heç də Azərbaycanı nəzarəti altında saxlayai bilmələri üçün yetərli deyil. Bu səbəbdən də Kreml rəsmi Bakıya qarşı əlavə təzyiq rıçaqlarının formalaşdırılması yönündə ciddi çabalar sərf edir». Redaksiyamızın əldə etdiyi informasiyaların birində isə açıq şəkildə bildirilir ki, «Əbu-Bəkr» məscidinin bağlanmasından sonra pərən-pərən düşən vəhabilərin son zamanlar aktivlik nümayiş etdirmələrində də Rusiya barmağının peşinə düşmək lazımdır: «Məlumdur ki, ruslar vəhabilərlə Şimali Qafqazda sıx əməkdaşlıq edirlər. Dünənə qədər ingilis kəşfiyyatının yetirməsi kimi tanınan vəhabilər, nə yazıq ki, bu gün xristian dünyaının əlində müsəlman ölkələrinə qarşı silaha çevrilib. Elə ruslar də illərdir bu silahdan «davranma qaydalarını» mənimsəməkdədirlər və bu gün Kremlin nəzarəti altında olan vəhabi birlikləri yetərimncədir». Şimali Qaqazdakı vəhabi qanadlarının Azərbaycandakı vəhabilərin «xavaric» qolu ilə sıx iş birliyində olduğunu bildirən mənbəmiz onu da əlavə etdi ki, məhz sözügedən təriqət daşıyıcılarının iştirakı ilə seçkilər ərəfəsində müxtəlif təxribatlar həyata keçirilə bilər. Geri qayıt |