Əsas Səhifə > Güney Press / Manşet > DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN CƏRRAHİYYƏ ŞOUSU
DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN CƏRRAHİYYƏ ŞOUSU15-03-2013, 14:27 |
![]() DİA.AZ: - Bu ilin 14 mart tarixindən etibarən başlayan və davam etməkdə olan Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının təşkil etdiyi В«Bakı Hərbi Cərrahiyyə Simpoziumu - Hərbi cərrahiyyət təxsilВ» mövzulu В«elmi konfransВ»la bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. DİA.AZ-a verilən xəbərlərdən belə məlum olur ki, əslində bu В«elmi konfransВ»ın özündə iştirak edən, və hərbi travma zamanı müalicə prinsiplərilə bağlı çıxış edən Rusiya, Finlandiya və Türkiyə nümayəndələrinin ümumiyyətlə, Dövlət Sərhəd Qoşunlarına heç bir aidiyyatı yoxdur. Mənbənin söylədikləri: В«Maraqlı orasıdır ki, tədbirdə hospitalı təmsil edən Kənan Yusifzadə və A Qafarov ümumiyyətlə elmi-nöqteyi nəzərdən hərbi təbabət üçün əhəmiyyətini itirmiş, heç bir elmi aktuallıq kəsb etməyən səpgili çıxışları ilə diqqətə gəliblər ki, bu da əslində Azərbaycan dövləti adının aşkar surətdə dəvət edilmiş qonaqların qarşısında biabır edilməsindən başqa bir şey deyil. Hər halda, Rusiya, Finlandiya və Türkiyədən gələn qonaqlar təmsil olunduqları sahənin mütəxəssisi olublarВ». Mənbəmiz bildirir ki, Kənan Yusifzadənin özünün ümumiyyətlə hərbi xarakterli bir istiqamətə rəhbərlik etməsi belə absurddur: В«Bu adamın konkret ixtisasını müəyyən etmək imkansızdır. Eyni adam həm ümumi cərrahiyyə, həm göz xəstəlikləri, həm travmatologia, həm psixiatriya və nevrologiya, həm də terapiyaya dair məqalələrə necə həmmüəlliflik edə bilər? Axı bu adam ölkənin ən ağır illərində - 1994-cü ildə hərbi xidmətə çağrılarkən Türkiyəyə qaçmış və sonradan, sabitlik yaranandan sonra Azərbaycana qayıdıb. Kənan müəllim hansı döyüş bölgəsində olub, hansı yaralı əsərə səngərdəcə yardım göstərib ki, bu gün В«hərşeyşünasВ» kimi meydan sulayır? Hər halda, bu sualların cavabı verilməlidirВ». Onu da bildirək ki, Kənan Yusfizadə ilə bağlı yerli mətbuatda yetərincə faktlar yer alıb və hətta onun səhlənkarlığı ucundan dünyasını dəyişən xəstə yaxınları məhkəmələrə belə müraciət ediblər. İndi isə belə bir adam nəinki kimlərəsə dərs keçirmiş kimi davranır, sərhəd qoşunlrı kimi mühüm bir dövlət xidmətinin əsgərlərinin də həyatı bunun əlindədir. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |