Əsas Səhifə > Partiya > SƏN DEMƏ, BU GÜN SEÇKİ GÜNÜ İMİŞ

SƏN DEMƏ, BU GÜN SEÇKİ GÜNÜ İMİŞ


30-11-2011, 10:33
SƏN DEMƏ, BU GÜN SEÇKİ GÜNÜ İMİŞ

1169 MƏNTƏQƏDƏ SƏSVERMƏ KEÇİRİLƏCƏK

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə start verilib.

APA-nın məlumatına görə, bu gün saat 08.00-dan etibarən seçkilər keçirilən ərazilər üzrə seçki məntəqələri açılıb. Proses axşam saatlarınadək davam edəcək, saat 19.00-da səsvermə üçün seçicilərin seçki məntəqəsinə daxil olması dayandırılacaq.

Seçki məntəqələrinin sayı 1169-dur.

Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilir. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 olub.

Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir.

Qeydə alınmış namizədlərin 305 nəfəri (19,69%) qadındır. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri isə (0,38%) natamam ali təhsillidir.

Seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864 nəfərdir.

Seçki dairələri üzrə 9883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir.

Gün ərzində 5 dəfə (saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar veriləcək.

Seçkilərin nəticələri barədə ilkin məlumatların gecə saatlarında açıqlanacağı gözlənilir.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.


Geri qayıt