Əsas Səhifə > Hadisə > BAKIDA QANLI OLAY

BAKIDA QANLI OLAY


15-03-2013, 10:18
BAKIDA QANLI OLAY
Bu gün saat 05:00 radələrində Bakının Binəqədi rayonu ərazisində qanlı olay baş verib. Binəqədi rayon Polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, Biləcəri qasəbəsi Yahya Hüseynov küçəsində 37 yaşlı Zaur Məmmədov bıçaqlanıb.

Yaralı ağır halda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Araşdırmalar zamanı onun Binəqədi rayonu ərazisində deyil, Nəsimi rayonu ərazisində bıçaqlandığı bildirilib. Lakin sonradan yaralı Biləcəriyə gəlib və orada həkimə müraciət edib.

Nəsimi rayonu Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hazirda hadisənin araşdırılması üçün xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda zərərçəkmiş Zaur Məmmmədov reanimasiyada huşsuz vəziyyətdə olduğu üçün onu dindirmək mümkün olmayıb.

Hadisə şahidləri isə polisə bildiriblər ki, Zaur Məmmədov atası ilə mübahisə edirmiş. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt