Əsas Səhifə > Güney Press / Manşet > MOTOSİKLET ÜSTÜNDƏ YIĞILAN PULLAR KİMƏ ÇATIR?

MOTOSİKLET ÜSTÜNDƏ YIĞILAN PULLAR KİMƏ ÇATIR?


14-03-2013, 13:00
MOTOSİKLET ÜSTÜNDƏ YIĞILAN PULLAR KİMƏ ÇATIR?
DİA.AZ: - Redaksiyamıza Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet-eskort rotasının komandiri Cəmşid Hənifəyevlə bağlı ilginc faktlar daxil olub. Bildirək ki, DİA.AZ olaraq əldə etdiyimiz bilgilər üzərə geniş araşdırmalar da aparmaqdayıq ki, həmin nəticələrlə sizi yaxın günlərdə tanış edəcəyik.

Qurum daxilindəki mənbənin DİA.AZ-a bildirdiyinə görə, C.Hənifəyev tabeçiliyində olan işçiləri aylıq “tas”a qoyub və onlardan hər ayın sonunda müəyyən məbləğdə pul verməyi tələb edir. Belə ki, mənbəmizin iddia etdiyinə görə, Hənifəyev idarədə öz işçilərinə tapşırıb ki, onlar şəhərdə bahalı maşınların sahiblərinə “krişa”lıq etsinlər və onlardan bunun qarşılığında aldıqları pulu ay sonunda ona çatdırsınlar.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, tabeçiliyində olan işçilər C.Hənifəyevdən o qədər narazıdılar ki, ondan ölkə prezidenti İlham Əliyevə də şikayət etmişdilər. Bu barədə hələ ötən ilin sonunda yazdığımız yazıda qeyd etmişdik ki, şikayətə səbəb adı çəkilən şəxsin polis əməkdaşlarına qarşı haqsızlıq etməsidir. Belə ki, hər ay yazdıqları protokollara görə 5 min manat məbləğində mükafat almalı olan əməkdaşlar mükafatlarını ala bilmirdilər. C.Hənifəyev sıravi əməkdaşlara çatmalı olan 5 min manatdan onlara cəmi 700-800 manat verir, qalan məbləği isə özünə götürürdü.

Yol polisi işçilərinin şikayətlərindən sonra nazir R.Usubov BŞBPİ-nin rəisi Rafiq Abbasova məsələni araşdırmaq tapşırığı vermiş, ikinci də öz növbəsində Bakı DYPİ-nin rəisi Nuşirəvan Səfərova xəbərdarlıq edərək, C.Hənifəyevin cəzalandırılmasını tələb etmişdi. . Yalnız bundan sonra Bakı DYPİ-nin mükafat qazanan işçilərinin pulları tam şəkildə verilmişdi. Onu da bildirək ki, işçilərinin şikayətinin əsas səbəbkarı məhz Bakı DYPİ-nin motosiklet-eskort rotasının komandiri C.Hənifəyevdir. Belə ki, onun rotasındakı YPX əməkdaşları işə testlə qəbul edildikləri üçün Bakı DYPİ-dəki digər işçilərdən bir çox xüsusiyyətləri ilə fərqlənirlər və öz hüquqlarının müdafiəsini yaxşı bacarırlar.

DİA.AZ-a danışan qaynaq iddia edir ki, amma bütün bunlara rəğmən Hənifəyev hələ də vəzifə başındadır və ona güldən ağır söz deyən yoxdur. Qarşı tərəfi də dinləməyə hazırıq. Araşdırmalarımız davam edir. Bizi izləyin...

Geri qayıt