Əsas Səhifə > Siyasət, Manşet > MOLLALARIN AZƏRBAYCANA QARŞI GÜLMƏLİ OYUNU

MOLLALARIN AZƏRBAYCANA QARŞI GÜLMƏLİ OYUNU


14-03-2013, 09:03
MOLLALARIN AZƏRBAYCANA QARŞI GÜLMƏLİ OYUNU
FARS-MOLLA REJİMİ «TRAKTORSAZİ»NİN OYUNUNDA TƏXRİBATA YOL VERDİ

DİA.AZ: - Məlum olduğu kimi, Güney Azərbaycanın və Bütöv Azərbaycanın paytaxtı olan gözəlimiz Təbriz şəhərinin futbol klubunun azarkehləri davamlı surətdə Azərbayganın bütövlüyü ilə bağlı müxtəlif aksiyalar həyata keçirməkdədirlər. Elə Asiya çempionlar liqasında «Əl Cəzirə» futbol komandası ilə Təbrizin «Traktorsazi» komandasını görüşündə də belə bir olay yaranmışdı ki, buna da fars millətçiləri tərəfindən çox sərt reaksiyalar verildi.

Hətta Tehrandakı fars şovinistləri Təbrizdə futbol oyunlarının keçirilməsini qadağan etməyi belə önə sürdülər. Amma özləri də anladılar ki, bu kimi yollarla fars-molla rejimi özünə yalnız hər kəsi güldürə bilər. Çünki Təbrizdə futbolu qadağan etməklə Güney Azərbaycan türklərinin milli oyanış hərəkatını önləmə istəyi absurd və gülüncdür.

DİA.AZ bildirir ki, deyəsən, elə bunun fərqinə varan fars-molla rejimi «Əl Cəzirə» ilə oyunda «Azərbaycan İran deyil» şüarına cavabı şüarla vermək fikrinə düşüb və «Traktorsazi»nin son oyununda «Azərbaycan İranın ayrılmaz parçasıdır» şüarı qaldırılır ki, bunun da İranın xüsusi xidmət orqanlarının işinin olması bir faktdır. Ən azından ona görə ki, bu barədə məlumatı yayan «arannyus» portalının təqdim etdiyi fotodan da stadiondakı «Traktorsazi» azarkeşlərinin həmin şüara təəcüblə baxmaları aydın şəkildə duyulur.

Məzəniz olsun, cənab mollalar…

DİA.AZ olaraq «AranNews» portalında yer almış həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «Qanun qəzeti bu milli hərəkat barədə material dərc edərək onu Şeyx Məhəmməd Xiyabani və Məhəmməd Hüseyn Şəhriyarın yolunun davamı kimi dəyərləndirib və həqiqi azarkeşlərin bu hərəkətini özlərini Traktorsazinin tərəfdarı kimi göstərərək suyu lillədib balıq tutmaq istəyənlərdən uzaq olmaq adlandırmışdır.

“Azərbaycan İranın ayrılmaz parçasıdır” vaxtilə bir qəzetin adı idi və bu qəzet azərbaycanlı elita tərəfindən Bakıda çap olunurdu. Qəzetin məqsədi Osmanlı İmperiyasının İttihad və Tərəqqi Komitəsinin anti-İran təbliğatı qarşısında dayanmaq idi. Şəhid Şeyx Məhəmməd Xiyabani bu qəzetin tanınmış çöhrələrindən idi.MOLLALARIN AZƏRBAYCANA QARŞI GÜLMƏLİ OYUNU


“Azərbaycan İranın ayrılmaz parçasıdır” plakatının qaldırılması ilə eyni zamanda azəri tədqiqatçı Rəhim Rəisniya tərəfindən bu qəzetin qədim nüsxələrinin yayılması Traktorsazi azarkeşlərinin və ümumiyyətlə, azərilərin yüksək milli düşüncə və zəkasını göstərdi.

Qanun qəzeti idmana aid səhifəsində “Can sənə qurban ey canan Azərbaycan” başlıqlı məqaləsində yazıb: “Üzərinə “Şeyx Məhəmməd Xiyabani: Azərbaycan İranın ayrılmaz parçasıdır” yazılmış İranın böyük və rəngli bayrağını Azadi stadionunda dalğalandıranlar idmanı özlərinin anti-İran təbliğlərinə çevermək istəyən tamaşaçılardan uzaq olduqlarını göstərdilər”.

Qeyd edək ki, bu hadisə bir neçə gün öncə Traktorsazi və İstiqlal futbol komandalarının qarşılaşdıqları oyunda olmuşdur».

Geri qayıt