Əsas Səhifə > Gündəm, Manşet > YENİ İCRA BAŞÇISI TƏĞYİRİ-LİBAS OLUB, PUL YIĞIR

YENİ İCRA BAŞÇISI TƏĞYİRİ-LİBAS OLUB, PUL YIĞIR


14-03-2013, 08:40
YENİ İCRA BAŞÇISI TƏĞYİRİ-LİBAS OLUB, PUL YIĞIR
ŞAMAXIYA TALAN GƏLİB: HAMI DEYİR Kİ, BAŞÇI VERDİYİ PULU ÇIXARMALIDIR

DİA.AZ: - Şamaxıda icra başçısı Asif Ağayevin müavinləri Qasım Qasımovla və Əşrəf Şükürov rayonda büdcə təşkilatlarında "reydə" çıxıblar. DİA.AZ bildirir ki, bu barədə "azerinews"da xəbər yayılıb. Daxil olan məlumatlarda bildirilir ki, adları keçən məmurlar büdcə təşkilatlarından artıq ay ərzində çox ciddi həcmdə xərac yığıblar. Adını da qoyublar ki, Asif Ağayev Şamaxıya icra başçısı təyin olunmaq üçün xeyli xərci çıxıb. Elə bu baxımdan da kimsə vəzifəsində qalmaq üçün Asif Ağayevə Qasım Qasımov və Əşrəf Şükürov vasitəsilə pul ödəməlidirlər. Hətta iş o yerə çatıb ki, bir müddət əvvəl rayonda vəzifələrindən qovulan yerli məmurlar pul verərək yenidən öz postlarına dönürlər. Bir sözlə Asif Ağayevin kasirrləri rolunu oynayan müavinlər icra başçısı üçün qapı-qapı düşüb Şamaxıda pul toplayırlar.

Məsələ ilə bağlı mənbənin bildirdiklərinə görə, Qasım Qasımovla Əşrəf Şükürov üçün dövlətin qanunları heç də önəmli deyil. Çünki müavinlər Şamaxıda əmək məcəlləsi ilə işdən çıxarılan direktorlardan pul alaraq onları müəyyən vaxtdan sonra vəzifələrinə qaytarırlar. Bu isə Şamaxıda bir ənənə halını alıb. Mənbə bildirir ki, bunlara misal olaraq hal-hazırda rayonun 2 saylı və 6 saylı məktəbin direktorlarını misal göstərmək olar:

"Həmin şəxslərin hər ikisi əmək məcəlləsinin 70-ci maddəsinin “C”, 72-ci maddəsinin isə “A” bəndinə əsasən işdən azad olunublar. Aydın məsələdirki, bu maddələrlə işdən azad edilənlər adicə müəllimdə işləyə bilməz. Amma əmək məcəlləsini saymayan müavinlər onları hətta direktor təyin etdilər. 2 saylı məktəbin direktoru İslam Baxşıyev vaxtı ilə ailə məişət münaqişəsinə görə uzun müddət həbsdə yatıb. Həmçinin İslam Baxşiyevin oğlanlarının narkoman olamsı Şamaxıda hamiya məlumdur. Eləcədə çox kobud, səviyyəsiz, müəllimlərlə kobud və etkadan kənar danışan bir şəxsdir. Rüşvətxorluğuna isə söz yoxdur. Hər ay müəllimlərdən aylığını məcburi şəkildə alır. Bütün müəllimlər ondan narazıdır.

Bu narazılığı nəzərə alan rayon təhsil şöbəsi onu işdən azad etsədə keçmiş başçının sayəsində yenidən bir müddət sonra işinə qaytarılıb. Sizcə belə insan təlim tərbiyə ocağına necə rəhbərlik edə bilər? 6 saylı məktəbin direktoru Xanlar Rəhimzadə isə 2011-ci ilə qədər şəhər 5 saylı tam orta məktəbdə direktor işləyib. Bu dövrdəki etdiyi cinayətləri saymaqla qutarmaz. Bunlara misal olaraq, işlədiyi dövrdə dövlətin əmlakını mənimsəməkdə, müəllimlərdən məcburi şəkildə hər ay pul almaqdan, 5-6 texniki işçinin kartını özündə saxlayaraq pulunu aldığını göstərmək olar. Bu şəxsdə müəllimlərin şikayəti ilə həmin maddələrlə işdən azad olunsada, heç bir hadisə baş verməmiş kimi Asif Ağayevin müavinləri Qasım Qasımovla Əşrəf Şükürov onu külli miqdarda pul müqabilində başqa bir məktəbə direktor təyin etdiriblər. Baxmayaraq ki, hər iki məktəbin kollektivi Xanlar Rəhimzadənin fəaliyyətindən qəti şəkildə narazıdırlar. İndi işlədiyi 6 saylı məktəbdədə eyni hallara yol verərək, rüşvətxorluqla məşğuldur. Biz təhsil nazirinə sual veririk ki, o hara baxır ki, rayonda icra başçıları və onun müavinləri əmək məcəlləsi ilə şikayətlə işdən azad olunan direktorlardan pul alıb yenidən direktor təyin edirlər".

Xatırladaq ki, bir müddət əvvəl Asif Ağayevin RİH-də çalışan müavinlərin özbaşınalıqları barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, müavinlərin qanunsuz hərəkətlə rayon sakinlərində ikrah hissi yaradıb. Qasım Qasımov Qarabağ əlilləri üçün nəzərdə tutulmuş binanın tikintisindən həm özü istifadə edib, həm də evlərin paylanması zamanı əvvəlcədən Qarabağ əlillərinə verecək evlərin hər mənzilinin qarşılığında onlardan 5-10 min manat arasında rüşvət alıb. Müəyyən şikayətlərdən sonra Şamaxı rayon prokrorluğu Qasım Qasımov baradə cinayət işi qaldırıb. Sonra hansısa səbəblərdən cinayət işini Qobustan rayon prokrorluğu davam etdirib. Bir müddət isə aparılan cinayət işi Qobustan rayon prokrorluğu tərəfindən xitam verilib.

Adları şəkilən bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt