Əsas Səhifə > Güney Press, Reklam > AZERCELL-İN FACEBOOK-DA “NOVRUZ SEVİNCİ”NƏ QATIL
AZERCELL-İN FACEBOOK-DA “NOVRUZ SEVİNCİ”NƏ QATIL13-03-2013, 17:43 |
YENİ KAMPANİYADA HƏDİYYƏLƏR Novruz bayramında “Azercell Telekom MMC” nə abunəçilərini, nə də virtual fanlarını hədiyyəsiz qoymayacaq. Bu gündən etibarən şirkətin rəsmi Facebook səhifəsinin www.facebook.com/azercell üzvləri üçün yeni “Novruz Sevinci” adlı kampaniyaya start verilir. 6 günlük kampaniya müddətində hər bir Facebook istifadəçisi Azercell-in səhifəsindəki oyuna qatılmaqla müxtəlif məbləğli danışıq kartları əldə edə bilər. Bunun üçün “Novruz Sevinci” tətbiqetməsinə qoşulmaq lazımdır. Facebook istifadəçıləri oyun zamanı Novruz bayramının simvolları olan virtual hədiyyələrı toplayır və buna uyğun xallar qazanır. Hər günün sonunda ən çox xal toplamış 3 şəxs müvafiq olaraq 50, 30 və 20 AZN-lik SimSim danışıq kartları əldə edir. Qeyd edək ki, “Novruz Sevinci” tətbiqetməsi Barama İnnovasiya Mərkəzinin dəstəyi ilə fəaliyyətə başlamış “Codega” şirkəti tərəfindən hazırlanıb. Oyunun qaydaları çox sadə olduğundan, hər bir FB istifadəçisi “Novruz sevinci”nə qatılıb hədiyyə qazana bilər. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. Geri qayıt |