Əsas Səhifə > Ölkə, Manşet > NEFTÇALADAN "İSMAYILLI KABUSU" HƏLƏ ÇƏKİLMƏYİB

NEFTÇALADAN "İSMAYILLI KABUSU" HƏLƏ ÇƏKİLMƏYİB


13-03-2013, 15:37
NEFTÇALADAN "İSMAYILLI KABUSU" HƏLƏ ÇƏKİLMƏYİB
SAHİBKARLAR ALDADILDIQLARINI DÜŞÜNÜRLƏR

DİA.AZ: - Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən redaksiyamıza bir qrup sahibkar adından şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən narazı sahibkarların sözlərinə görə, bir müddət əvvəl İsmayıllı hadisələrinin Neftçalada təkrarlanacağından ehtiyat edən icra başçısı onların bir qrup nümayəndəsini qəbul etsə də, hələ də problemləri olduğu kimi qalıb.

Şikayətçilər yazır: «Əslində İsmayıl Vəliyev siyasət işlətdi. Həmin ərəfədə onu «yuxarıdan» sıxırdılar və o da sahibkarları qəbul edib, şəkil də çəkdirdi. Amma problem qalmaqdadır. Obyektləri plana düşən sahibkarların razı salınacağı söylənilsə də, onlar belə get-gələ salınırlar».

Neftçalanın narazı iş adamları yazırlar ki, İsmayıl Vəliyev həmin ərəfədə onlardan başçının aylıq pulunu yığdırmasa da, Novruz bayramı ərəfəsində yenidən sahibkarlardan icra hakimiyyəti adından pul tələb olunur: «12 fevral müşavirəsində cənab prezident də bildirdi ki, sahibkarların hansısa işə cəlb edilməsi sırf olaraq könüllülük əsasında baş tutmalıdır. Amma bizi hədələyirlər və deyirlər ki, əgər obyektindən asılı olaraq hər bir sahibkar 500-2000 manat arası pul verməyəcəksə, onlar işləri ilə vidalaşa bilərlər».

Daha sonra sahibkarlar bildiriblər ki, onlar başlarına açılan oyunlarla bağlı Bakıda mətbuat konfransı keçirməyə də hazırlaşırlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt