Əsas Səhifə > Hadisə > BAKIDA 18 YAŞLI TƏLƏBƏ QIZI ƏMİSİ OĞLU OĞURLADI

BAKIDA 18 YAŞLI TƏLƏBƏ QIZI ƏMİSİ OĞLU OĞURLADI


13-03-2013, 15:21
BAKIDA 18 YAŞLI TƏLƏBƏ QIZI ƏMİSİ OĞLU OĞURLADI
Bakının Binəqədi rayonu ərazisində 18 yaşlı tələbə qız oğurlanıb. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, dünən Xırdalan şəhərində Qafqaz Universitetinin I kurs tələbəsi 1995-ci il təvəllüdlü Rufanə Hafiz qızı İdrisova martın 11-də evdən çıxaraq dərsə gedib və bir daha geri qayıtmayıb. Bu barədə qızın atası Hafiz polisə müraciət edib. Hazırda qızın tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qızın atası Hafis İdrisovun ANS PRESS-ə verdiyi məlumata görə, qızını qardaşı oğlu 1994-cü il təvəllüdlü Elnur Məhərrəm oğlu Vəliyev qaçırıb.

“Qız Bakıda bibisinin evində qalır. Dünən saat 13:00 radələrində dərsə getmək üçün çıxıb. Bir də geri qayıtmayıb. Qardaşım oğlu bibisinə zəng vurub deyib ki, qızı mən qaçırtmışam. Sonra da telefonu söndürüb”, - deyə qaçırılan qızın atası bildirib.

Geri qayıt