Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEV MÜLKLƏRİNİ SATIŞA ÇIXARIR

ELŞAD ABDULLAYEV MÜLKLƏRİNİ SATIŞA ÇIXARIR


13-03-2013, 09:34
ELŞAD ABDULLAYEV MÜLKLƏRİNİ SATIŞA ÇIXARIR
KEÇMİŞ REKTORUN KÜRDƏMİRDƏKİ BAXIMSIZ VİLLASI DA SİYAHIDA VAR

DİA.AZ: - Bir neçə gün əvvəl yayılan məlumatlardan aydın oldu ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin Kürdəmir şəhərində yerləşən nəhəng villası baxımsız qalıb. Məlumatda deyilirdi ki, Kürdəmir şəhərinin mərkəzində, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli mansard tipli villanın hasarı, divarları qopub tökülür. Qış aylarında yağan yağıntıların binanın damından süzülərək yuxarı mərtəbələrinə tökülməsi nəticəsində uzaqdan görünə biləcək baxımsızlıq görüntüsü yaranıb.

Qonşuluqda yaşayan şəxslər bildirib ki, keçən ilədək villada Elşad Abdullayevin uzaq qohumu olan mühafizəçi yaşayıb. Lakin son vaxtlar o da buranı tərk edib. Ümumiyyətlə, 5 mərtəbəsi, 20-dən çox otağı olan binada daimi yaşayış olmayıb.

DİA.AZ-a bu barədə daxil olan informasiyalardan aydın olur ki, hazırda Fransaya sığınan keçmiş rektor Kürdəmirdəki villasını və eləcə də Bakıda daha bir neçə mülkünü satışa çıxarıb. Bu barədə məlumatı redaksiyamıza ötürən bilgili qaynaq iddia edir ki, keçmiş rektor öz adına olan əmlakın satılması üçün yaxın qohumlarından birinin adına vəkalətnamə də verilib.

Mənbə bildirir ki, satışa çıxarılan əmlakın ümumi qiymətit 5 miylon manata yaxındır. Mənbənin söylədikləri: «Amma bu da keçmiş rektora aid olan mülklərin, obyektlərin hamısı deyil. Məsələn, Kürdəmirdəki villa satışa 600 min manata çıxarılıb. Əslində, belə bir villa Bakıda olsaydı, daha baha qiymətə satılardı».

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrından etibarən qalmaqallı videolar yayır. Onun yaydığı ilk videokadrlardan sonra millət vəkili Gülər Əhmədova mandatından imtina edib.

Geri qayıt