Əsas Səhifə > Güney Press / Manşet > KƏRƏM HƏSƏNOV SAHİBKARLARIN DÜŞMƏNİ ROLUNDA

KƏRƏM HƏSƏNOV SAHİBKARLARIN DÜŞMƏNİ ROLUNDA


12-03-2013, 15:23
KƏRƏM HƏSƏNOV SAHİBKARLARIN DÜŞMƏNİ ROLUNDA
DİA.AZ: - Redaksiyamıza Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı maraqlı bir məlumat daxil olub. Hökumət içindəki etibarlı mənbənin sözlərinə görə, bu günlərdə Kərəm Həsənovun vəzifəsindən azad ediləcəyi məsələsi gündəmə gələ bilər. Mənbəyə görə, buna səbəb komitə sədrinə qarşı bir neçə sahibkarın iddia qaldırmasıdır.

Məlumatda deyilir: В«Konkret olaraq 20-dən artıq fakt var ki, sahibkarlar dövlət komitəsini onların mülkiyyət hüququnu pozmaqda ittiham etməklə yanaşı, Kərəm Həsənovun işçilərinin onlardan külli miqdarda pul tələb etdiklərini iddia edirlərВ».

Xatırladaq ki, həmin sahibkarlardan bir neçəsinin şikayət məktubu DİA.AZ-da yerləşdirilib. Və həmin iddialarda narazı sahibkarlar dövlət komitəsi tərəfindən yerli icra başçılarının maraqlarının güdüldüyünü iddia edirlər. Şikayət məktublarının birində deyilirdi ki, Lökbatandakı bazarın özəlləşdirilməsi zamanı Kərəm Həsənovun işçiləri hətta В«AzərittifaqВ»ın balansında olan dükanı belə qanunsuz olaraq özəlləşdirməyə çıxarıb.

Bu kimi faktların artıq В«yuxarılarınВ» da diqqətini cəlb etdiyini bildirən qaynağımızın sözlərinə görə, hələlik yekun qərar verilməsə də, Kərəm Həsənova ən azından В«yuxarılarınВ» sərt formada xəbərdarlıq edəcəyi şübhəsizdir.

Onu da xatırladaq ki, 12 fevral müşavirəsində prezident İlham Əliyev sahibkarlara sahib çıxdığını özünün məmurlara ünvanlanmış sərt ifadələri ilə bir daha nümayiş etdirmişdi.

Geri qayıt