Əsas Səhifə > Güney Press / Manşet > GÜLƏR ƏHMƏDOVANIN MAŞINI HƏRRACDA
GÜLƏR ƏHMƏDOVANIN MAŞINI HƏRRACDA11-03-2013, 15:37 |
![]() DİA.AZ: - Fəaliyyəti dayandırılmış Elşad Abdullayevin açıqladığı videoqalmaqal artıq bir nəfərin dünyasını dəyişməsi ilə müşaiyət olunub. Doğrudur, hələlik В«mandat bazarlığıВ»nda adı vasitəçi kimi hallandırılan mərhumə Sevinc Babayevanın hansı şəraitdə dünyasını dəyişməsi ətrafında müəmmalar davam etməkdədir. Amma buna rəğmən baş verən olayın özü belə ortalıqdakı mənzərəni əməlli-başlı vahimələndirib. Artıq yeni qurbanların ola biləcəyi də anons edilməkdədir. Onu da xatırladaq ki, bir müddət bundan əvvəl bununla bağlı DİA.AZ olaraq mötəbər mənbələrə istinadən ilginc məlumatları diqqətinizə çatdırmışdıq. Həmin məlumatı xatırladırıq: “Sevinc Babayeva dünyasını dəyişən günü əslində o, Azərbaycana gətirilməli imiş. Amma Azərbaycanın xüsusi xidmət orqanları bu məsələdə gecikir və artıq Sevinc Babayevanın dünyasını dəyişməsi xəbəri gəlir. Bu zaman Sevinc Babayevanın oğlu da həmin gün Türkiyəyə getmək fikrində imiş. Lakin o da yarıdan qayıtmalı olur. Əslində, onun ölkədən çıxışı əngəllənsə də, mərhumənin oğlu Türkiyə yolunu tutmuşdu. Və hətta bu məqsədlə keçmiş deputat Gülər Əhmədovaya maddi yardım üçün ağız da açıbmış. ![]() Bundan sonra Gülər Əhmədova Sevinc Babayevanın xəstələnmə xəbərini alır. Mərhumənin oğlu sabiq deputata bu xəbəri çatdırır və pul lazım olduğunu bildirir. Gülər Əhmədova da öz növbəsində əlində nağd pulunun olmadığını əsas gətirərək şəxsi maşınını mərhumənin oğluna verir. Və bundan sonra həmin maşın girov qoyularaq 20 min dollar pul götürülür. İndi də keçmiş deputatın maşını girovluqdadır”. DİA.AZ olaraq Gülər Əhmədovanın girovluqda olan maşınının taleyi ilə maraqlandıq. Və məlum oldu ki, artıq millət vəkilinin maşınının götürülən pullla bağlı banka heç bir ödənişin edilməməsi səbəbindən hərraca çıxarılması gözlənilir. Bu barədə redaksiyamıza bilgi verən qaynaq iddia edir ki, bu barədə hazırda həbsxanada saxlanılan keçmiş YAP-çı deputatın ailəsinə bank tərəfindən xəbərdarlıq edilib. Geri qayıt |