Əsas Səhifə > Ölkə, Manşet > ŞƏMKİR RAYONUNA KİMİ İCRA BAŞÇISI GÖNDƏRİRLƏR?

ŞƏMKİR RAYONUNA KİMİ İCRA BAŞÇISI GÖNDƏRİRLƏR?


11-03-2013, 15:10
ŞƏMKİR RAYONUNA KİMİ İCRA BAŞÇISI GÖNDƏRİRLƏR?
NAZİM VEYSOVUN GEDİŞİ NƏDƏN YUBANIR?

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov vəzifəsindən azad ediləcək. Bildirək ki, bu xəbəri redaksiyamıza verən mənbə qərarın yaxın günlərdə elan ediləcəyini bildirmişdi.

Amma hələlik sözügedən istiqamətdə heç bir yenilik yoxdur ki, bunu da mənbəmiz izah edib. Qaynaq iddia edir ki, Nazim Veysovu başqa bğir vəzifəyə gətirmə qərarı da düzdür: «Onu başqa bir vəzifəyə təyin edəcəklər. Amma hələlik onun yerinə kimin təyin ediləcəyi yönündə dəqiqləşmə olmadığından Nazim Veysov vəzifəsində qalır».

Mənbəmiz onu da bildirdi ki, Şəmkir rayonu ilə yanaşı Xaçmazın da icra başçısı vəzifəsindən azad ediləcək.

Xatırladaq ki, Veysov Nazim Veys oğlu, 10 avqust 1950- ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur.
1974-cü ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakultəsini bitirib.
Noyabr 1974 - avqust 1983-cü illərdə Xanlar rayonunun heyvandarlıq sovxozunda baş mühəndis işləyib.
Mart 1979 - cu ildə Sov. İKP sıralarına daxil olub.
Oktyabr 1983 - avqust 1986-cı illərdə Xanlar rayonunun heyvandarlıq sovxozunda Partiya Komitəsinin katibi işləyib.
İyul 1987 - fevral 1990-cı illərdə Azərbaycan KP Xanlar rayon Komitəsində təlimatçı işləyib.
1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirb.
Iyun 1993 - cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mart 1992 - aprel 1999-cu illərdə Xanlar rayon Kənd Kimya Birliyinin sədri işləyib.
Aprel 1999 - oktyabr 1999-cu illərdə Xanlar Rayon Icra Hakimiyyəti Başçısının müavini işləyib.
Oktyabr 1999 - mart 2003-cü illərdə Xanlar Rayon Icra Hakimiyyəti Başçısının birinci müavini işləyib.
Sentyabr 1999 -mart 2003 -cü illərdə Yeni Azərbaycan Partiyasının Xanlar Rayon təşkilatının sədri olub.
Mart 2003 - cü ildən aprel 2005 - ci ilədək Gədəbəy Rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.
Aprel 2005 - ci ildən Şəmkir rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
Ailəlidir. Üç övladı var.

Geri qayıt