Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOVA QARŞI İTTİHAM DOLU FAKTLAR

İSMƏT ABBASOVA QARŞI İTTİHAM DOLU FAKTLAR


11-03-2013, 12:10
İSMƏT ABBASOVA QARŞI İTTİHAM DOLU FAKTLAR
HAKİMİYYƏTİN İLK QURBANLARINDAN BİRİ KTN ŞEFİ OLACAQ: QƏRAR VAR

DİA.AZ: - Redaksiyamıza gözlənilən hakimiyyətiçi kadr islahatları ilə bağlı yeni informasiya daxil olub. Əldə etdiyimiz bilgilərə görə, Novruz bayramından sonra nazirlərdən birinin istefaya göndərilməsi nəzərdə tutulur. Həmin nazirliyin kimliyinə gəlincə isə bu barədə məlumatları verən qaynaq iddia edir ki, hədəfə alınan dövlət məmuru kənd təsərrüfatı naziri İsmət Abbasovdur.

Mənbə DİA.AZ-a verdiyi xəbərində qeyd edir ki, İsmət Abbasova qarşı fəaliyyətdə olan qüvvələr nəhayətdə istəklərinə nail olublar: «Əslində bu prosesdə KTN şefinin özünün kifayət qədər zəiflikləri var. Ona qarşı konkret ittihamların yer aldığı faktlar toplusunda çox ciddi dəlillər var ki, bu sənədlər də İsmət Abbasovun nazirliyi tərəfindən külli miqdarda dövlət vəsaitinin mənimsənilməsini təsdiqləməkdədir».

Mənbəmiz iddia edir ki, həmin sənədlər dövlət başçısının masası üzərinə də təqdim olunub: «Aydın olur ki, Dünya Bankından və ayrı-ayrı qaynaqlardan da KTN-yə ayrılan vəsaitlərin böyük bir hissəsi mənimsənilib. Həmin pulların isə İsmət Abbasova yaxın olan adamlar t ərəfindən ələ keçirildiyi tam təsdiqlənir. Və bunun əvəzində saxta hesabatlar tərtib olunub».

Mənbə onu da bildirib ki, İsmət Abbasova qarşı faktların toplanmasında maliyyə nazirliyinin ekspertləri də yaxından iştirak ediblər.

Geri qayıt