Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ SİYASİ MƏHBUS OYUNLARI GEDİR

HAKİMİYYƏT İÇİNDƏ SİYASİ MƏHBUS OYUNLARI GEDİR


11-03-2013, 10:20
HAKİMİYYƏT İÇİNDƏ SİYASİ MƏHBUS OYUNLARI GEDİR
FƏRHAD ƏLİYEVİN AZADLIĞININ ƏNGƏLLƏNMƏSİ ÜÇÜN KAMPANİYA BAŞLAYIR

DİA.AZ: - Azərbaycan iqtidarı daxilində gedən oyunlar özünü böütün sferalarda nümayiş etdirməkdədir. Elə bunun nəticəsidir ki, keçirilməsi nəzərdə tutulan prezident seçkilərindən uduşla çıxa bilmələri üçün büt ün hakimiyyətiçi qüvvələr hərəkətə keçiblər.

DİA.AZ-ı bu barədə bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, vəziyyət o həddə çatıb ki, hətta Novruz Bayramı ərəfəsində imzalanacaq əfv fərmanı da «siyasiləşib». Belə ki, mənbəmiz iqtidar daxilində toqquşan qüvvələrin hətta adları əfvə salınacaq tanınmış məhbuslarla bağlı şəxslər məsələsində də maraq savaşına çıxmasını bildirir.

Mənbənin söylədikləri: «Bu gün keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun qardaşının azadlığa çıxa bilməsi üçün bəzi qüvvələr fəallıq etsə də, birbaşa olaraq Əliyev qardaşlarının həbsində rol oynamış ənənəvi güclər prosesin durdurulması üçün dəridən-qabıqdan çıxırlar və Fərhad Əliyevin gözdən salınması üçün yenidən hərəkətə keçiblər».

Məlumatlı qaynağın bildirdiyinə görə, Fərhad Əliyevi «Qərbin adamı» kimi təqdim edən həmin güclər hətta bu günlərdə mətbuat vasitəsilə də yeni kampaniya aparmağı düşünüblər: «Onlar Fərhad Əliyevin Qərbin adamı olaraq iqtidara gətirilməsi planının olması barədə xətti tutan bir materialı hazırlayıblar ki, həmin material bu günlərdə ölkənin nüfuzlu mətbuat orqanlarından biri tərəfindən yayılacaq. Artıq belə bir qərar verilib. Bu yolla öz aləmlərində Fərhad Əliyevin azadlığa çıxan yolunu bağlamaq istəyirlər».

Mənbəmiz onu da əlavə edib ki, lakin buna baxmayaraq hakimiyyət içində məhz beynəlxalq təzyiqlərin səngidilməsi, həmçinin daxili ictimai rəydəki gərginliyin sovuşdurulması üçün keçmiş iqtisadi inkişaf nazirinin azadlığı ideyasını dəstəkləyənlər yetərincədir.

Geri qayıt