Əsas Səhifə > Cəmiyyət > MİSİR MƏRDANOV MÜƏLLİMLƏRİN SAYIN AZALDIR

MİSİR MƏRDANOV MÜƏLLİMLƏRİN SAYIN AZALDIR


29-11-2011, 10:53
MİSİR MƏRDANOV MÜƏLLİMLƏRİN SAYIN AZALDIR

“HƏLƏ YENƏ DƏ AZALTMAQ LAZIMDIR”

Azərbaycanın ümumtəhsil məktəblərində yaş senzi tətbiq olunandan sonra müəllimlərin sayı 10 min nəfər azalıb.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, hazırda orta məktəblərdə 150 minə yaxın müəllim çalışır, bu say isə normadan artıqdır: “Bu gün Azərbaycan məktəblərində 1 milyon 300 min şagird təhsil alır. Əslində biz 1 müəllimə 12-13 şagird nisbətinə keçmək istəyirik. Şagirdlərin sayı 1 milyon 300 min olduğu halda müəllimlərin sayını hələ azaltmaq lazımdır”.

“Nazirlər Kabinetinin yaş senzi çatan müəllimlərin işləməsi üçün meyarlar müəyyən etməsindən sonra yaş senzinə görə işdən çıxarılan müəllimlərin yenidən işə qaytarılması necə tənzimlənir” sualına nazir belə cavab verib: “Əlbəttə, gərək o məsələ əvvəlcədən həll olunaydı. Yəni əmr verilməmiş meyarlar müəyyənləşəydi. Artıq kadr işdən çıxarılıb, yerinə təyinat olubsa, gecdir”.

Geri qayıt