Əsas Səhifə > Cəmiyyət > PREZİDENTƏ ƏFV ÜÇÜN MÜRACİƏT OLUNDU

PREZİDENTƏ ƏFV ÜÇÜN MÜRACİƏT OLUNDU


9-03-2013, 12:20
PREZİDENTƏ ƏFV ÜÇÜN MÜRACİƏT OLUNDU
KEÇMİŞ "OMON"ÇULAR TƏRƏFİNDƏN

Hazırda Qobusatan Qapalı Həbsxanasında ömürlük çəza çəkən keçmiş “OMON”lar Poladov Səfa və Kazımov Arif Azərbaycan Respublikası Prezidenti Yanında Əfv Komisiyasına müraciət etdilər.

Səfa Poladov və Arif Kazımovun adının siyahıya salınması xeyli müddət əvvəldən müzakirə mövzusu idi. Çünki sözügedən şəxslər əfv olunmaları ilə bağlı dəfələrlə dövlət başçısına müraciət ediblər. Lakin bundan əvvəlki əfv fərmanlarında onların adı məlum olmayan səbəblərdən yer almamışdı. Bu dəfə onlar əfv olunmaları üçün yenidən Əfv Komisiyasına müraciət etdilər. Biz də DİA.AZ olaraq müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Azərbaycan Respublikası
Prezidenti Yanında Əfv Komisiyasına
1996-cı ildən həbsdə olan, hazırda
Qobusatan Qapalı Həbsxanasında
ömürlük çəza çəkən keçmiş “OMON”lar
Poladov Səfa və Kazımov Arif
tərəfindən

MÜRACİƏT


Hörmətli Əvf komisiyasının üzvləri!

Yazıb Sizə bildiririk ki, biz 1996-ci ildə OMON hadisələrinə görə həbs olunmuş keçmiş OMON-çular Poladov Səfa və Kazımov Arif 17 ildir ki, Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkirik.

1996-cı ildə bizə verilən ölüm çəzası 1998-ci ildə ömürlük həbslə əvəz olunub. Biz Qarabağda gedən döyüşlərdə iştirak edib və sülh sazişi bağlanana qədər cəbhə bölgəsində qulluq etmişik. Hər ikimiz Ermənistan ərazisində 17 məxfi əməliyyat keçirmişik. Qeyd edək ki, bu 17 əməliyyatın hamısından ölkə rəhbərliyinin də xəbəri olub və əməliyyatlar uğurlu keçib.

Hər ikimiz və valideyinlərimiz əfvlə bağlı müraciətlər etsək də, verilən əvf fərmanlarının heç biri bizə şamil olunmayıb. Hər ikimizin kifayət qədər ciddi xəstləlikləri var və hər ikimizə cərrahi müdaxilə olunub. Hazırda səhətimiz qənaət bəxş deyil.

Bundan əlavə olaraq bildirək ki, həbsdə olduğumuz müdətdə biz valideynlərimizi itirmişik. Belə ki, Səfa Poladov anasını, Arif Kazımov isə atasını itirib.
Bir məsələni də xüsusi ilə vurğulamaq istərdik ki, bizim törətdiyimiz cinayət Rəhim Qazıyev, Ələkrəm Hümmətov, Sürət Hüseynov, İsgəndər Həmidov və digərlərinin cinayətindən ağır deyil. Lakin adlarını sadaladığımız insanlar azadlıqda olduqları halda, biz iki döyüşçünün həbsdə olması anlaşılan deyil. Bundan əlavə olaraq OMON-un komandiri əvf edilərək azadlıqda olduğu halda OMON-un əsgərlərinin həbsdə olması heç bir məntiqə sığmır.

Hörmətli Əfv Komisyasının üzvləri!

Hər ikimiz yetərli qədər cəzalamızı çəkmişik. Hər ikimiz günlərimizi Allaha ibadət etməklə keçiririk. Bu müddət ərzində heç bir rəis bizdən narazı olmayıb. Bunu bizi ziyarət edən hüquq müdafiəciləri də təsdiq edə bilərlər.
Məlumat üçün bildirək ki, hər ikimiz subayıq.

Hörmətli Əfv Komisiyasının üzvləri!

Sizə müraciət etməkdə məqsədimiz yuxarıda sadaladıqlarırımızı nəzərə alaraq, bizim əvf olunmağımızı Cənab Prezident İlham Əliyevdən xahiş etməyinizdir.

Dərin hörmətlə, Arif Kazımov və Səfa Poladov

Geri qayıt