Əsas Səhifə > Siyasət, Manşet > PA DAXİLİNDƏ DÜŞMƏNÇİLİK AB-HAVASI HAKİMDİR

PA DAXİLİNDƏ DÜŞMƏNÇİLİK AB-HAVASI HAKİMDİR


8-03-2013, 12:37
PA DAXİLİNDƏ DÜŞMƏNÇİLİK AB-HAVASI HAKİMDİR
YENİ MÜAVİNLƏRİN HANSI SƏLAHİYYƏTLƏRİ DAŞIDIĞI MƏLUM DEYİL

DİA.AZ: - Prezident Administrasiyası daxilində gərgin mühit yaranıb. Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar ötürüb. Məlumatı verən mənbə iddia edir ki, hələ də PA-nın rəhbəri Ramiz Mehdiyev tərəfindən keçən ilin sonlarına yaxın təsis edilən müavin postlarının səlahiyyətləri ilə bağlı heç bir müəyyənləşmə həyata keçirilməyib və daxili əsasnamədə nəzərdə tutulan dəyişiklik baş verməyib.

Bunun da faktiki olaraq yeni müavinlərin hər birinin səlahiyyətsiz duruma salınması anlamını daşıdığını bildirən bilgili qaynaq əlavə edib ki, məsələ ilə əlaqədar birbaşa olaraq dövlət başçısına müraciət edilməsi gözlənilir:

«Bu gün PA rəhbərliyi bir-birindən küsülü kimi imiş kimi davranır. Yeni müavinlər Əli Əsədovla Zeynal Nağdəliyevin Ramiz Mehdiyevlə münasibətlərinin gərgin olması digər müavinlər Vahid Əliyevlə Novruz Məmmədovun da səlahiyyətlərinin qeyri-müəyyən şəklə düşməsilə nəticələnib».

Məlumatı verən qaynaq onu da bildirdi ki, əslində bu yolla Ramiz Mehdiyev məlum təyinatlara etirazını ifadə etmiş olur.

Geri qayıt