Əsas Səhifə > Siyasət, Manşet > BAKIDA MƏSCİDDƏ QARŞIDURMA GÖZLƏNİLİR
BAKIDA MƏSCİDDƏ QARŞIDURMA GÖZLƏNİLİR8-03-2013, 10:45 |
İLAHİYYAT MƏSCİDİNDƏ BU GÜN ŞİƏ AZANI VERİLƏCƏK: NARAZILIQ VAR DİA.AZ: - Redaksiyamıza olduqca ilginc bir məlumat daxil olub. Bildirilir ki, bu gün Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin nəzdində fəaliyyətt göstərən nurçulara məxsus İlahiyyat məscidində qarışıqlıq düşə bilər. Xatırladaq ki, həmin məsciddə son zamanlar 10 minə yaxın dindar cümə namazına toplaşır ki, bu da bir çox çevrələrdə narahatçılıq yaratmaqdadır. Vəhabilərə məxsus Əbu-Bəkr məscidinin fəaliyyətini dayandırmasının ardından bu təriqət üzvlərinin ən sıx toplaşdığı ünvanlardan biri kimi diqqətə gələn İlahiyyat məscidinin bağlanması və yaxud da yerini dəyişdirməsi də artıq gündəmə gətirilib. DİA.AZ-a verilən məlumatlardan isə aydın olur ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tələbinə uyğun olaraq bu gün cümə namazında məsciddə ənənələrə zidd olaraq qurum tərəfindən təqdim olunan «cd» vasitəsilə şiə azanı veriləcək. Mənbə iddia edir ki, bu da cümə namazına toplaşacaq sünni camaatında narazılıq yarada bilər: «Bu işdə DQİDK rəhbərliyinin xüsusi iştirakı var və rəhbərlik tərəfindən artıq səhər saatlarından məscid ərazisinə polislər yerləşdirilib». Mənbə bildirir ki, DQİDK-nin bu qərarı sünni camaatda indidən narazılıq yaradıb və güman olunur ki, bu qərarla süni gərginlik yaratmaq istəyən qüvvələr var. Hadisələri izləməyə çalışacağıq. Bütün tərəflərin mövqe ifadəsinə şərait yaratmağa hazırıq. Bizi izləməkdə davam edin… Geri qayıt |