Əsas Səhifə > Cəmiyyət, Manşet > NAZİR OĞLU BARƏDƏ DAHA BİR ŞOK

NAZİR OĞLU BARƏDƏ DAHA BİR ŞOK


28-11-2011, 18:16
NAZİR OĞLU BARƏDƏ DAHA BİR ŞOK

ANAR MƏMMƏDOV TÜRKİYƏLİ MÜĞƏNNİYƏ BAHALI KOLYE BAĞIŞLADI

DİA.AZ: - Bir müddət əvvəl barəsində yazılan yazılar səbəbindən qəzetlərə qarşı məhkəmə iddiası qaldıran nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni məlumatlar yayılmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl qəzetlər Anar Məmmədovun ayı ətindən kabab sifariş verməsini yazdıqlarına görə nazir oğlunun hədəfinə çevrilmişdilər.

Son günlər yayılan xəbərlərdə isə bildirilir ki, Anar Məmmədov bu dəfə Bakıya tanınmış türkiyəli müğənni Ebru Polatı xəbərsiz şəkildə gətirdərək, onunla əməlli-başlı kef çəkdikdən sonra türkiyəli müğənniyə qiyməti 230 min dollar olan kolye də bağışlayıb.

Qeyd edək ki, bu barədə məlumat yayan Türkiyə qəzetlərində Anar Məmmədovun Ebru Polatla köhnə əlaqələrindən də danışılır. Xəbərdə bildirilir ki, indiyə qədər heç bir konsert verməyən Ebrunun yenicə çıxan albomu artıq 20 mindən çox satılıb. Buna baxmayaraq uçuq-sökük bir evdə doğulub böyüyən xanım sənətçinin böyük paraları haradan qazandığı maraq doğurur. Çünki Ebru Türkiyənin ən az qazanan və az da vergi ödəyən müğənniləri sırasındadır. Türk həmkarlarımız Ebrunun parasının aşıb-daşmasının onun azərbaycanlı bir məmurun oğlu ilə sıcaq münasibətləri ilə bağlı olmasını da istisna etməyiblər.

Yada salaq ki, Ebrunun ilişkidə olduğu azərbaycanlı məmur balasının nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olduğu haqda mətbuatda dəfələrlə məlumat verilib. Azərbaycanın ən varlı məmur-oliqarxları sırasında ilk pilələrdən birini tutan nazirin oğlunun Ebruya bahalı hədiyyələr verməsi barədə də KİV-ə xeyli xəbərlər sızıb. Anarın cazibədar türkiyəli sənətçiyə 30 min avroya aldığı bahalı əl çantası da bu hədiyyələrə daxildir.

Görünür, Ziya Məmmədovun oğlu Ebru Polata maya buraxmaqda xəsislik etmək niyyətində deyil. Bunun nəticəsidir ki, Türkiyənin ən az qazanan müğənnilərindən biri Ziya Məmmədovun milyonları hesabına Dubayda dünyanın ən məşhur və zənginləri ilə qonşudur.

Onu da yada salaq ki, nazirin sözügedən oğlu Azərbaycanda daha çox futbolla bağlı məsələlərdə gözə dəyir. Gənc məmur övladı Ziya Məmmədovun böyük biznes ortağı, “Hafka” ləqəbli Hafiz Məmmədovun prezidenti olduğu “Bakı” klubunun fəxri prezidentidir. A.Məmmədov ölkənin ən pullu futbol klubları sırasında yer alan “Bakı”ya 400 min avroluq avtobus bağışlamaqla da diqqəti özünə cəlb etmişdi.


Geri qayıt