Əsas Səhifə > Siyasət, Manşet > HƏDƏFDƏ OLAN 4 MÜHÜM DÖVLƏT MƏMURU KİMDİR?

HƏDƏFDƏ OLAN 4 MÜHÜM DÖVLƏT MƏMURU KİMDİR?


7-03-2013, 09:39
HƏDƏFDƏ OLAN 4 MÜHÜM DÖVLƏT MƏMURU KİMDİR?
ONLARIN HƏR BİRİSİ İLƏ BAĞLI KEÇMİŞ REKTOR KONKRET FAKT TƏQDİM EDİB

DİA.AZ: - Hakimiyyətin bundan sonrakı kadr islahatları zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın fiqurları hədəfə alınacağı barədə hələ xeyli əvvəlindən məlumat vermişdik. Və redaksiyamıza daxil olan son informasiyalar da bunu təsdiqləyir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev əslində Ramiz Mehdiyevə aid böyük bir şəbəkəni də ifşa edib. Və mənbəmiz iddia edir ki, gözlənilən kadr islahatları da bu trayektoriya üzrə həyata keçiriləcək, həmçinin kənarda qalanların da hədəflənəcəyi şübhəsizdir.

Odur ki, biz də DİA.AZ olaraq Elşad Abdullayevin Mehdiyevlə əlaqəli şəkildə adlarını çəkdiyi məmurların bəzilərinin adlarını təkrarən diqqətinizə çatdırmaq qərarına gəldik:
1. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov;
2. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov;
3. Təhsil nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov;
4. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev…

Təbii ki, bu sıranı genişləndirmək də olardı. Amma redaksiyamıza daxil olan son informasiyalardan aydın olur ki, yaxın vaxtlarda vəzifələrini itirəcək 4 mühüm fiqur məhz adları çəkilənlərdir. Onlarla bağlı artıq qərarın verildiyini bildirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, sıralama olsa bilsin ki, fərqli olsun, amma bu dörd mehdiyevçi vəzifəli şəxs tutduqları postlarını itirmək zorunda qalacaqlar.

Onu da qeyd edək ki, artıq başı üzərindəki qara buludların sərin mehini hiss edən PA-nın şöbə müdiri Əli Həsənov hələ xeyli əvvəlindən nagüman açıqlamaları ilə diqqətə gəlməkdədir. Qeyd edək ki, Əli Həsənov Elşad Abdullayevin videobombardmanının ilk günlərində hazırda həbsdə saxlanılan keçmiş YAP-çı deputat Gülər Əhmədovanı şövqlə müdafiə etmişdi və Elşad Abdullayevi dələduzluqda ittiham etmişdi. İndi isə Əli Həsənov ya fərqli ampluada görünür, ya da ümumiyyətlə, susmaba üstünlük verir. Yəni zamanını gözləyir…

Geri qayıt