Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANDA PARTİYA SƏDRİNƏ QADAĞA QOYULDU
AZƏRBAYCANDA PARTİYA SƏDRİNƏ QADAĞA QOYULDU6-03-2013, 18:13 |
![]() DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. İnformasiyalı qaynaqlardan DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, İctimai Palatada təmsil olunan Millətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlıya qadağa qoyulub. Bu barədə danışan mənbənin sözlərinə görə, qadağanı elə partiya sədrinə MDP üzvləri qoyublar. Mənbənin söylədikləri: В«Fevral ayının 27-də partiyanın siyasi şurasının 7 üvzünün iştirakı ilə müzakirə aparılıb. Müzakirədə Qələndər Muxtarlının özü də iştirak edib. Müzakirələr zamanı Qələndər Muxtarlıya partiya adından danışmaq, partiyanı İctimai Palatada təmsil etmək və digər tədbirlərdə Millətçi Demokrat Partiyasının söz ifadəçisi kimi çıxış etmək qadağası qoyulubВ». Əslində belə bir qadağanın Qələndər Muxtarlının bütün səlahiyyətlərini itirməsi anlamına gəldiyini bildirən mənbəmiz onu da əlavə etdi ki, Siyasi Şura üzvlərindən 6-sı qərarın lehinə səs verib: В«Yalnız Qələndər Muxtarlı əleyhinə səs veribВ». Geri qayıt |