Əsas Səhifə > Gündəm, Manşet > KORPUS KOMANDİRİ SABOTAJIN ARXASINDAN ÇIXDI

KORPUS KOMANDİRİ SABOTAJIN ARXASINDAN ÇIXDI


6-03-2013, 13:41
KORPUS KOMANDİRİ SABOTAJIN ARXASINDAN ÇIXDI
MÜDAFİƏ NAZİRLİYİNƏ QARŞI APARILAN KAMPANİYADA DAŞA BİR MARAQLI

DİA.AZ: - Son zamanlar əsgər ölümlərilə bağlı manipulyasiyalar geniş vüsət alıb. Hətta bu barədə YAP-çı deputatlar belə artıq dilə gəliblər və bu gün mətbuata verdiyi açıqlamasında Əli Hüseynli də bildirdi ki, bu işdə kampaniyaçılıq hiss olunur. Əslində belə bir iddia uzun müddətdir ki, mətbuatda səsləndirilir.

Bununla bağlı DİA.AZ-a məlumat verən mənbə iddia edir ki, süni şəkildə əsgər ölümləri faktlarının şişirdilməsində həqiqətən də böyük bir şəbəkə maraqlıdır. Bu şəbəkədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın qanadın hansı səviyyədə və hansı səbəbdən maraqlı tərəfə çevrilməsi barədə əvvəlcədən də xəbərlər verilib.

Mənbəmiz bildirir ki, əsgər ölümləri faktının qabardılaraq Müdafiə Nazirliyinin rəhbərliyi əleyhinə istifadə olunmasında birbaşa maraqlı tərəflərdən biri də Naxçıvan korpusunun komandanı Kərəm Mustafayevdur. Mənbənin söylədikləri: «Kərəm Mustafayev zaman-zaman MN rəhbərliyinə qarşı mətbuatda kampaniyaları maliyyələşdirib. İndi də nazir olmaq sevdasına düşən komandan ələ düşən fürsəti fövtə vermək fikrində deyil».

Mənbənin sözlərinə görə, əslində Naxçıvan korpusunda bu gün əsgər ölümlərinin sayı Azərbaycanın digər bölgələrinin ümumi cəmi ilə müqayisədə qat-qat artıqdır: «Amma nədənsə bu məsələlərdə yeganə hədəf kimi Səfər Əbiyev seçilir ki, burada da kimlərin hansı marağı güddüyün gün kimi aydındır».

Geri qayıt