Əsas Səhifə > Hadisə > HİLAL MƏMMƏDOVLA BAĞLI AKSİYA KEÇİRİLİB

HİLAL MƏMMƏDOVLA BAĞLI AKSİYA KEÇİRİLİB


6-03-2013, 12:54
HİLAL MƏMMƏDOVLA BAĞLI AKSİYA KEÇİRİLİB
Bu gün vətəndaş cəmiyyətinin bir qrup fəalı həbsdə olan “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı aksiya keçirib.

30-dan çox adamın iştirakı ilə etiraz aksiyası H.Məmmədovun işi üzrə məhkəmə iclasının keçirildiyi Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin binası önündə olub.

Məhkəmə binasının qarşısına toplaşan aksiya iştirakçıları – H.Məmmədovun hüquqlarını Müdafiə Komitəsinin üzvləri, bir sıra QHT və KİV rəhbərləri yaxalarına

H.Məmmədovun fotosunu taxıblar. Fotonun üzərində “Hilal Məmmədova azadlıq!” sözləri yazılıb. Eyni zamanda aksiya səssiz olub və heç bir şüar səsləndirilməyib.

Komitənin sədri Rafiq Cəlilov jurnalistlərə bildirib ki, aksiya H.Məmmədovun azadlığa buraxılması tələbilə keçirilir. “Biz həmçinin onun səhhətinin pisləşməsindən narahatıq”, - R.Cəlilov vurğulayıb.

Polis əvvəlcə aksiyanın gedişinə müdaxilə etməyib. Lakin 15-20 dəqiqədən sonra polislər iştirakçılardan dağılışmağı tələb ediblər. Aksiyada iştirak edən və tədbiri işıqlandıran qadınlara 8 mart bayramı münasibətilə H.Məmmədovun adından çiçək verilib.

Məhkəmə prosesinə gəlincə, bu, qapalı rejimdə davam edir. Bu, son 20 gündə H.Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı üçüncü aksiyadır.

Xatırladaq ki, H.Məmmədov üç maddə üzrə ittiham olunur. Onların arasında dövlətə xəyanət, qanunsuz narkotik maddənin saxlanması və millətlərarası ədavətin qızışdırılması var. Lakin beynəlxalq birlik və yerli hüquq müdafiəçiləri onu vicdan məhbusu hesab edirlər. Dövlətə xəyanət üzrə uydurma ittihamlardan istifadə edən hakimiyyət prosesi qapalı keçirir.

Geri qayıt