Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN DEVRİLMƏSİNDƏ MÜBHƏM QƏRB İZİ
RAMİZ MEHDİYEVİN DEVRİLMƏSİNDƏ MÜBHƏM QƏRB İZİ6-03-2013, 12:03 |
BU GÜN SƏS-KÜY YARADAN VİDEOFAKTLAR HAKİMİYYƏTƏ ÇOXDAN BƏLLİDİR DİA.AZ: - Hakimiyyətdaxili münasibətlər elə bir mərhələyə yetişib ki, artıq hansısa tərəfin geri çəkilməsi və yaxud da aradakı gərginliyin konservləşdirilməsi qeyri-mümkündür. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbənin iddialarına görə, əslində bu gün hakimiyyət daxilində kadr islahatlarını həm də beynəlxalq təşkilatlar da rəsmi Bakıdan israrla tələb etməkdədirlər. Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində ABŞ-ın Azərbaycana səfir postuna təyin etdiyi Rino Harniş də Bakıya çatar-çatmaz hakimiyyətin ciddi kadr islahatları həyata keçirməsinin vacibliyindən danışmaqla yanaşı, eyni zamanda açıq şəkildə Kremlə bağlı olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən alınmasından danışmışdı. Həmin ərəfədə səfirin bu açıqlaması böyük rezonans yaratsa da, rəsmi Bakıdan adekvat reaksiya verilmədi. Bütün bunları xatırladan məlumatlı mənbə DİA.AZ-a bildirib ki, Ramiz Mehdiyevə qarşı başlanan kampaniya əslində Qərbin də maraqlarına yuğun olmaqla yanaşı, bu proseslərdə Qərbin iştirak etmədiyini söyləmək gülməli görünə bilər: «Elşad Abdullayev təsadüfən meydana atılmayıb. Onun indi açıqladığı videofaktlara Azərbaycanı yönəldən şəxslər illər əvvəl dəfələrlə baxıblar. Sadəcə olaraq, zaman yetişməmişdi. Və burada ssenari elə qurulub ki, qardaşını axtarırmış kimi görünən Elşad Abdullayev bu gün Ramiz Mehdiyevin devrilməsi prosesinə dəstək verən əsas fiqur kimi diqqətə gəlir». Mənbəmiz bildirir ki, ilk başdan Elşad Abdullayevin «mandat bazarlığı» ilə bağlı videomaterialı açıqlaması əgər bir yandan sonrakı müddət boyunca da diqqəti özünə cəlb edə bilməsi üçün vacib idisə, həm də cızılan plana uyğun idi: «Yəni hədəf Ramiz Mehdiyev idi. Diqqət yetirin, sonrakı videomateriallarda Ramiz Mehdiyev xatırlanmır. Amma Elşad Abdullayev şərhləri PA şefi istiqamətinə yönləndirir». Və bu kimi arqumentləri ilə Qərbin də bu işdə maraqlı olduğunu bildirən mənbəmiz vurğuladı ki, əslində Rusiyanın Azərbaycandakı təzahürü kimi nəzərləri cəlb edən Ramiz Mehdiyev və onun çevrəsi ilə bağlı plan uzun müddət ərzində işlənilib: «Hələ çox ciddi faktlar irəlidədir. Və Elşad Abdullayevin vədini verdiyi bir videomaterial da may ayında açıqlana bilər ki, bununla da Ramiz Mehdiyev könüllü şəkildə istefa verməli olacaq». Geri qayıt |