Əsas Səhifə > Gündəm, Manşet > AZAD RƏHİMOVA QARŞI ELAN OLUNMAMIŞ SAVAŞ

AZAD RƏHİMOVA QARŞI ELAN OLUNMAMIŞ SAVAŞ


6-03-2013, 10:44
AZAD RƏHİMOVA QARŞI ELAN OLUNMAMIŞ SAVAŞ
RƏQİBLƏRİ GİN ŞEFİNİN ZƏİF NÖQTƏLƏRİNİ HƏDƏFƏ ALMAĞI QƏT EDİB

DİA.AZ: - Dünən Gənclər və İdman Naziri Azad Rəhimov mətbuat qarşısında idi. Xatırladaq ki, dünən əhmçinin Milli Məclisin iclası keçirilirdi və iclas zamanı deputatlar «Topaz»ların qumarxana funksiyasını həyata keçirməsindən danışmışdılar. Və bu barədə Azad Rəhimova da jurnalist sualları ünvanladı ki, bir çoxları nazirin qeyd olunan məsələ ilə bağlı danışdırılmasını təsadüfi hesab etmir.

Çünki dünənə qədər Azad Rəhimovun adı «Topaz» qumarxanalarının ən fəal müştərilərindən biri kimi də mətbuatda hallandırılıb. Və qəzet səhifələrində yer alan məqalələrdən də aydın olur ki, Azad Rəhimov davamlı olaraq uduşa böyük pullar qoysa da, onun bəxti nadir hallarda gətirir.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, futbol qumarı azarkeşlərindən olan Gənclər və idman naziri Azad Rəhimova qarşı yeni kampaniya start götürə bilər. Əldə etdiyimiz bilgilərə görə, artıq sözügedən istiqamətdə çox ciddi hərəkətlənmə var.

Mənbə bildirir ki, dəfələrlə ayrı-ayrı mətbu orqanlar vasitəsilə Azad Rəhimova qarşı kampaniya aparan rəqibləri indi də prosesə ölkədə fəaliyyət göstərən bəzi gənclər təşkilatlarını cəlb etmək niyyətindədirlər.

Mənbə bildirir ki, bu vaxta qədər, məsələn, hansısa mədəniyyət xadimləri birliklərinin mədəniyyət nazirinin istefasını tələb etməsi halına rast gəlinməyib. Yəni ilk dəfə olacaq ki, gənclər onlarla bağlı istiqamətə rəhbərlik edən nazirin istefasını tələb etmiş olacaqlar. Mənbəmiz bildirir ki, bu hadisənin kifayət qədər cəlbeidici olması səbəbindən, bütün mətbu orqanların prosesə pulsuz şəkildə qoşulması da gözləniləndir: «Əgər bu vaxta qədər Azad Rəhimova qarşı materialların dərci üçün ayrı-ayrı mətbu orqanlara müəyyən məbləğdə pul ödənirdisə, indi prosesin cəlbeidiciliyi istər-istəməz mətbuatın bu məsələyə diqqət ayırması ilə nəticələnəcək».

Onu da xatırladaq ki, Azad Rəhimovla bağlı rəqibləri mətbuatda da paralel olaraq kampaniya aparacaqlar: «Burada isə mövzu tamam başqadır. Söhbət nazirin futbol qumarına olan marağından gedir. Belə bir məlumat var ki, Azad Rəhimov futbol qumarında külli miqdarda pul uduzub».

DİA.AZ-ın əldə etdiyi məlumatlardan o da aydın olur ki, əslində Prezident Administrasiyası rəhbərliyi tərəfindən hədəfə alınan Azad Rəhimovla bağlı kampaniya da PA şefi Ramiz Mehdiyevin seçkiqabağı dönəmdə növbəti manevri üçün şanslar yaradacaq. Yəni bu yolla gündəm daha da məşğul edilir, Mehdiyevlə bağlı qalmaqallar sanki bir növ arxa plana keçirilir.

Geri qayıt