Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEV ÖLÜM ESKADRONUNU İFŞA EDƏCƏK
ELŞAD ABDULLAYEV ÖLÜM ESKADRONUNU İFŞA EDƏCƏK5-03-2013, 17:01 |
![]() DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin deputat, В«AzərbaycanВ» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla bağlı vidematerialı hələ yaymamasına baxmayaraq, artıq ajiotaj qalxıb. Bildirək ki, sabiq rektorun yeni videobombardmana hazırlaşması ilə bağlı xəbərlər neçə gündür ki, dövriyyəyə buraxılıb. DİA.AZ bildirir ki, В«FacebookВ» sosial şəbəkəsində yayılan məlumatlardan Elşad Abdullayevin eyni zamanda iki millət vəkili ilə bağlı videofaktları ortaya qoymağa hazırlaşdığı söylənilir. Sosial şəbəkədə yayılan məlumatın mətnində deyilir: В«Elşad Abdullayev iki YAP-çı deputatın adam oğruları ilə əlaqəsini ifşa edəcək. Bu faktlardan da aydın olacaq ki, В«ölüm eskadronuВ» hakimiyyətin hansı qatlarına qədər inkişaf edibВ». Geri qayıt |