Əsas Səhifə > Cəmiyyət > DÖYÜLMÜŞ QADINLARA DƏSTƏK

DÖYÜLMÜŞ QADINLARA DƏSTƏK


28-11-2011, 15:12
DÖYÜLMÜŞ QADINLARA DƏSTƏK

“TƏMİZ DÜNYA”ÇILAR ÜZLƏRİNİ BOYAYACAQ

DİA.AZ: - Xəbər verdiyimiz kimi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi bütün dünyada keçirilən qadınlara qarşı zorakılığa yox deyən 16 günlük aksiyaya qoşulur. Qurumdan verilən məlumatda deyilir ki, zorakılıq dünyanın inkişaf etmiş ölkələrində, inkişaf etməkdə olan ölkələrdə, geri qalmış ölkələrə nisbətən daha azdır.

Zorakılıqla mübarizədə ən böyük problem isə zorakılığın aşkarlanmasıdır. Qadınlar adətən utandıqları üçün zorakılığı gizlədir. 16 günlük aksiyanın qadınlara qarşı hər cür zorakılığa reaksiyanı artırmaq yönündə böyük əhəmiyyət daşıyır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşəbbüsü ilə Media Mərkəzində, 29 noyabr, 2011 ci il tarixində, saat 12:00 da “Döyülmüş qadınlar” – ın mətbuat konfransı keçirilir.

“Döyülmüş qadınlar” tədbirdə qadına qarşı hər cür zorakılığın fəsadlarının gələcək üçün nə qədər pis nəticələr verəcəyini ictimaiyyətə çatdıracaqlar.


Geri qayıt