Əsas Səhifə > Ölkə, Manşet > KƏRƏM HƏSƏNOV SAHİBKARLARA NECƏ DİVAN TUTUR?

KƏRƏM HƏSƏNOV SAHİBKARLARA NECƏ DİVAN TUTUR?


5-03-2013, 13:00
KƏRƏM HƏSƏNOV SAHİBKARLARA NECƏ DİVAN TUTUR?
ONLAR BİRİNCİ LEDİDƏN KÖMƏK İSTƏDİLƏR

DİA.AZ: - Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovla Azadlıq prospekti, 154 ünvanında sökülən 16 mərtəbəli binanın birincə mərtəbəsində yerləşən obyektlərin sahibləri arasında kompensasiya qalmaqalı davam edir. Məlumat üçün deyək ki, dövlət tərəfindən həmin sahibkarlara kompensiya ayrılsa da, verilməyib.

Sahibkarlar hətta bununla bağlı mətbuat konfransı keçirərək, dövlət başçısı İlham Əliyevə də müraciət ediblər. Mətbuat konfransında Kərəm Həsənovun “kompensasiya əməliyyatı” ilə bağlı ilginc məqamlar da açıqlanıb. Bəlli olub ki, komitə sədri sahibkarların kompensasiya hesabına “Cümeyra” oteli inşa edib. Kərəm Həsənovun yaxın adamı Yusif Qəmbərov sahibkarlarla görüşündə iddia edib ki, bu otel Ilham Əliyev üçün tikilib. Şübhəsiz Yusif Qəmbərov Kərəm Həsənovla razılaşdırmadan belə iddia ilə çıxış etməz. Əgər otellə bağlı deyilənlər həqiqətdirsə, o zaman belə çıxır ki, Kərəm Həsənov sahibkarlara ayrılan kompensasiyanın qaranlıq taleyini ört-basdır etmək üçün dövlət başçısına otel hədiyyə edib və yaxud da prezidentin adından istifadə edir.

Komitə sədri düşünüb ki, Ilham Əliyev bu “hədiyyə”nin müqabilində onun “kompensasiya əməliyyatı”na göz yumacaq. Hələ ki, Kərəm Həsənovun gözləntiləri özünü doğruldur. Şiakyətçilər bildirir ki, bu məsələdə adı komitə sədri tərəfindən hallandırılann prezidnetin baş verənlərə reaksiya verməsi vacibdir.

Yusif Qəmbərovla bağlı başqa bir maraqlı məqam da üzə çıxıb.

Binanın birinci mərtəbəsində yerləşən “Gülnarə” restoranının təsisçiləri ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciətlərində bildirirlər: “Yusif Qəmbərov başda olmaqla əmlak komitəsinin əməkdaşları sizin adınızdan danışır. Onlar dəfələrlə bizə bilidirblər ki, sizin göstərişinizi icra edirlər”.

Təsisçilərin xanımları isə Mehriban Əliyevaya müraciətlərində yazıb: “Bəlkə bir qadın kimi 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində bizə Kərəm Həsənov, Malik Həsənov və Yusif Qəmbərov kimi kişilərin verdiyi əzab-əziyyətin əvəzində əmlakımızın dəyərinin ödənilməsinə yardımçı olasınız?!”.

Xatırladaq ki, “Gülnarə” restoranı 50-ə yaxın ailənin dolanışıq mənbəyi olub.

Geri qayıt