Əsas Səhifə > Hadisə > BAKIDA DAHA BİR POLİSİ DÖYDÜLƏR
BAKIDA DAHA BİR POLİSİ DÖYDÜLƏR5-03-2013, 11:44 |
DÖYƏNLƏR SƏRXOŞ OLUBLAR Bakının Yasamal rayonu ərazisində polislə bir qrup vətəndaş arasında insident olub. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 4-də, saat 17:30 radələrində Şərifzadə küçəsi-46 ünvanında qeydə alınıb. 1988-ci il təvəllüdlü Səlimov Fərid Qəribşah oğlu və 1991-ci il təvəllüdlü Balayev Emin Zakir oğlu sərxoş vəziyyətdə DİN Çevik Polis Alayının əməkdaşı, polis serjantı Kəlbəliyev Arzu Kəlbəli oğluna hücum edib. Həmin şəxslər polis nəfərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. A.Kəlbəliyevə tibbi yardım göstərilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir. Geri qayıt |