Əsas Səhifə > Siyasət, Manşet > FARS-MOLLA REJİMİNDƏN AZƏRBAYCANA HƏDƏ

FARS-MOLLA REJİMİNDƏN AZƏRBAYCANA HƏDƏ


5-03-2013, 11:38
FARS-MOLLA REJİMİNDƏN AZƏRBAYCANA HƏDƏ
«TRAKTORSAZİ» AZARKEŞLƏRİ FARS MİLLƏTÇİLƏRİNİ NİYƏ QƏZƏBLƏNDİRİB?

DİA.AZ: - Təbrizin «Traktorsazi» futbol komandasının Asiya çempionlar liqasında Birləşmiş Ərəb Əmirliklərinin «Əl Cəzirə» komandası ilə ilə görüşü zamanı «Traktorsazi» azarkeşlərinin ingilis dilində «Cənubi Azərbaycan İran deyil» şüarının yazıldığı plakatı qaldırmalarının, İran əleyhinə şüarlar səsləndirmələrinin İranda fars-molla mətbuatının hədəfinə çevrilməsi barədə məlumat vermişdik.

Hətta Tehranda nəşr olunan fars millətçilərinin qəzetləri aşkar surətdə Təbriz klubunun cəzalandırılmasını, «Traktorsazi»yə ev oyunlarını Təbrizdə keçirməsinin qadağan edilməsini belə təşviq edirdilər. Və bildirək ki, bütün bunlar həm DİA.AZ portalı tərəfindən və həm də digər Azərbaycan KİV-lərində geniş şəkildə işıqlandırılıb. Bu isə deyəsən, fars-molla rejiminin və onun nökərlərinin ürəyincə olmayıb. Elə buna görədir ki, molla mətbuatı bir-birinin ardından «zəhmətkeşləri» qəzet səhifələrinə çıxararaq Azərbaycan əleyhinə danışdırırlar.

Həmin şəxslərdən biri isə Təbriz klubunun üzvlərindən biridir. Onunla bağlı «arannyus» portalında yer almış materialı diqqətinizə çatdırır və bildirir ki, aşkar surətdə Azərbaycana hədəfə yağdırılan bu material molla rejiminin antiAzərbaycan ruhlu portallarının demək olar ki, hamısında yerləşdirilib:

«Təbriz əhalisinin nümayəndəsi və Traktorsazi klubunun idarə heyətinin üzvü Məhəmməd İsmayıl Səidi Bakıda yerləşən sionist mediasının İranın daxili işlərinə qarışmasını tənqid edərək Azərbaycan Respublikasının səfirinin İranın Xarici İşlər Nazirlliyinə çağırılmasını istəyib.

O, bu mediaların idman, əsasən də Traktorsasinin məsələlərindən öz siyasi qərəzli məqsədləri üçün sui-istifadə etmələrinə işarə edərək deyib: "Traktorsazi İranın sevimli komandalarından biridir. Azərbaycan ölkəsi öz medialarına nəzarət etməlidir. Çünki bu metod davam edərsə, Azərbaycana baha başa gəlməsi mümkündür".
FARS-MOLLA REJİMİNDƏN AZƏRBAYCANA HƏDƏ

"Təbriz əhalisi İran İslam Respublikasının və ölkəmizin müqəddəs bayrağının aşiqidir. Azərbaycandakı sionist medialarının daxili işlərimizə müdaxilə etdiyi surətdə onlara sərt reaksiya veriləcək"-deyə nümayəndə bildirib.

O, həmçinin deyib: “Azərbaycandakı sionist medialar İranda yaşayan müxtəlif etnik tayfalar arasında ixtilaf yaratmaq məqsədilə özlərini Traktorsazinin hüquqlarının müdafiəçiləri kimi göstərməyə çalışırlar. Halbuki, təbrizlilər və azəridillilər bütün həmvətənlərini sevirlər və bu duyğu İranda qarşılıqlıdır”.

Nümayəndə vurğulayıb: "Bütün İran xalqı Traktorsazini sevir və Asiya Klublar Çempionatında bu komandaya dəstək verirlər".

Qeyd edək ki, İranın “Traktorsazi” komandasının BƏƏ-nin komandası qarşısında güclü oyununun ardınca Azərbaycanın mediaları bəzi qafil, ya qərəzli tamaşaçıların hərəkətlərini şişirdərək İran əleyhinə geniş təbliğatlar aparıblar».

Geri qayıt