Əsas Səhifə > Gündəm, Manşet > SON İCRA BAŞÇISI ƏLƏMƏLƏRİ KİMİN MARAĞINA UYDU?

SON İCRA BAŞÇISI ƏLƏMƏLƏRİ KİMİN MARAĞINA UYDU?


5-03-2013, 08:54
SON İCRA BAŞÇISI ƏLƏMƏLƏRİ KİMİN MARAĞINA UYDU?
CAVİD QURBANOVUN YERİ MÖHKƏMLƏNİR: DAHA İKİ BAŞÇI HƏDƏFDƏDİR

DİA.AZ: - Hələ dünən günorta saatlarından məlumat verərək bildirmişdik ki, bir neçə rayonun icra başçısının dəyişdirilməsi qərarı verilib. Və məlum oldu ki, prezident İlham Əliyev Kəlbəcər, Laçın və Sədərək rayonlarının icra başçılarının vəzifələrindən azad edilməsi barədə sərəncam verib.

Xatırladaq ki, sərəncamla Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Prezidentin digər sərəncamı ilə Vidadi Məhərrəm oğlu Məhərrəmov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla Akif İsmayıl oğlu Səlimov Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Ramiz Məhərrəm oğlu Cəbrayılov isə Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İ. Əliyev dünən həmçinin Abbasqulu Cəfərqulu oğlu Abbasov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam verib. Digər sərəncamla Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Onu da bildirək ki, icra başçılarının ələnməsi prosesinin davamlı olacağı haqda da məlumat almışıq. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, daha iki rayonun - Cəlilabad və Şəmkir rayonlarının da icra başçıları gediş astanasındadır.

Bu arada DİA.AZ-a məlumat verən bilgili qaynaq iddia edir ki, Kəlbəcər rayonuna icra başçısı təyin edilən Aqil Məmmədov «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun yaxın qohumudur. Bu isə o deməkdir ki, uzun müddətdir mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun düşməni kimi xarakterizə olunan Cavid Qurbanovun gedəcəyilə bağlı deyilənlər də əsassız imiş. Məlumatı verən mənbə bildirir ki, hələ də Ziya Məmmədovun himayəsi altında olan Cavid Qurbanov heç bir zaman nazirə qarşı asi olmağı belə düşünmür ki, bu da prezident yanında böyük nüfuza malik olan NN şefi tərəfindən mükafatsız qoyula bilməzdi. Mənbəmiz Kəlbəcər rayon icra başçısı postuna son təyinatdan da bunun aydın şəkildə göründüyünü bildirib.

Geri qayıt