Əsas Səhifə > Güney Press / Manşet > ETİBAR ƏLİYEVİN QOHUMUNA QARŞI ŞOK İTTİHAMLAR

ETİBAR ƏLİYEVİN QOHUMUNA QARŞI ŞOK İTTİHAMLAR


4-03-2013, 12:41
ETİBAR ƏLİYEVİN QOHUMUNA QARŞI ŞOK İTTİHAMLAR
DİA.AZ: Redaksiyamıza özlərini “XətaiTikintiMexanizasiya” ASC-nin işçiləri kimi təqdim edən bir qrup şəxs tərəfindən müraciət daxil olub. Qeyd edək ki, prezidentə ünvanlanan müraciətin DİA.AZ-a daxil olan nüsxəsində əks olunan ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirərək, materialı təqdim edirik:

“Hörmətli prezident. Son ümüd yerimiz sizsiz. Müraciət etmədiymiz ünvan qalmiyib. Ancaq bizim dərdimizə əlac edən yoxdur. Bildiririk ki, biz “XətaiTikintiMexanizasiya” ASC-nin işçiləri 2004-cü ildə bu təşkilatın özəlləşdirilməsində iştirak etmişik və səhmdarların sayı 500-dən çox olub. Amma yarandığı gündən cəmiyətin qara günləri başlayıb. Çünki bu ASC-ni Sənaye və Energetika Nazirliyinin şöbə müdiri Ramiz Rzayev təmamilə əlinə keçirib və məhv edir.

O artıq özünə məxsus 75 min manatlıq səhmin qarşılığında 2010-cu ildə Maştağa qəsəbəsində 1,5 hektar istehsal sahəsini (hazırda qiyməti 1,5 milyon manatdan çoxdur) əlinə keçirdi. Bu işdə ona Sahib Qasımov da köməklik etdi. O camaatı aldadaraq məsələni Ramiz Rzayevin xeyrinə həll etdi. Amma məsələ bununla da bitmədi. Ramiz Rzayev cəmiyyətin bütün texnikasın öz malı kimi ya icarəyə verib, ya da vergi borcu kimi satışa çıxarıb götürüb. Biz isə bir parça çörəyə belə möhtac qalmışıq. Xəstəlik üzrə müavinətləri (UVÇ) belə ala bilmirik. Biz soruşanda niyə ASC işləmir? Ramiz Rzayev deyir ki, bizə iş verən yoxdur. Halbuki biz hamımız ixtisaslı tikinti işçiləriyik.

Cənab Prezident. Xeyli vaxt araşdırdıqdan sonra biz öyrəndik ki, Ramiz Rzayev Sənaye və Energetika nazirliyində də tikinti işləlrinə baxır və bu dələduz adam kiçik bir məmur olmasına baxmayaraq çox böyük korrupsiya işləri ilə məşğuldur.

Texnikabankın keçmiş Prezidenti Etibar Əliyevin qudası olan Ramiz Rzayev dövlət büdcəsinin vəsaitlərini külli miqdarda (ildə ən azı 1,5-2 milyon manat) mənimsəyir.

O bir neçə ildir ki, rayonlarda Nazirlik üçün binalar tikir. Son 4 ildə bu adam 15 bina tikib və hazırda da tikir.

Bildiyimizə görə bu binaların hamısının layihəsi eynidir – 400 m2. Amma hər rayon üçün ayrıca layihə pulu silinir. Yəni adicə 2 mərtəbəli binalardır. Ramiz Rzayev o qədər həyasızlaşıb ki, o bu tikintilərin qiymətin hədsiz dərəcədə şişirdərək bir binanı 800 min manata tikir. Halbuki rayon yerlərində bu qiymətlərlə bu tip bina 40-50 min manata başa gəlir. Axı biz özümüz tikinti işçiləriyik. Rayonlarda hörgünün 1m2-i 2 manat, suvağın 1m2-ı isə 1,5-2 manatdır. Bakının mərkəzində tikilən hündürmərtəbəli binaların 1m2-ı orta hesabla 400-500 manat olduğu halda, onun tikdiyi binaların 1m2-ı 2000 manat təşkil edir. Çox böyük vəsaitlər büdcədən oğurlanır.

Bildiyimizə görə tikintini Ramizin özünün olan və bacanağı Məzahir tərəfindən rəhbərlik edilən Azərtikintiservis MMC aparır.

Möhtərəm Prezident. Bildiyimizə görə bu adam ömür boyu dövlət qulluğunda çalışıb. Bir xeyli vaxt da Neft Şirkətində işləyib. Bu işlərdə işləmiş adamın bir belə mülkü və pulu haradandır? Öyrənmişik ki, Ramiz Rzayevin Bakı şəhərində 11-dən çox mənzili, 4 villası, 8-ci km-də restoranı, mağazaları və sair obyektləri var. Maştağada zavodu var, Novxanıda isə oğluna villa tikdirir. Bu adam Texnikabankla (qudası Etibar Əliyevlə) çox sıx işbirliyində olub.

Xahiş edirik, Ramiz Rzayevlə bağlı ölçü götürülməsinə göstəriş verəsiniz”.

Adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq....

Geri qayıt