Əsas Səhifə > Güney Press / Manşet > VAHİD ƏLƏKBƏROV RUSİYANIN PLANINDA KASSİRDİR

VAHİD ƏLƏKBƏROV RUSİYANIN PLANINDA KASSİRDİR


1-03-2013, 15:29
VAHİD ƏLƏKBƏROV RUSİYANIN PLANINDA KASSİRDİR
KREMLİN NAMİZƏDİ BAŞQA ADAMDIR

DİA.AZ: - В«Qarşıdan gələn prezident seçkilərilə əlaqədar hakimiyyət daxilindəki bəzi təxribatçı qüvvələr yenidən aranı qatmağı, ölkə daxilində vəziyyəti gərginləşdirməyi planlaşdırırlarВ». Bu şok məlumatı DİA.AZ-a hökumətəki mötəbər mənbələr ötürüb. Qaynaq iddia edir ki, xarici qüvvələrin təsiri altında olan həmin dairələr əslində hakimiyyətə süni şəkildə В«əlavə problemlərВ» yaratmaqla məşğuldurlar.

Mənbənin söylədikləri: В«Onlara hətta müxalifətdən də dəstək verənlər В«pas ötürənlərВ» var. Həmin qüvvələr əlbir olaraq gündəmi fərqli-fərqli istiqamətlərə yönəltməyə çalışırlar. Halbuki bu il seçkilərdə təkcə YAP iqtidarının yox, bütünlükdə olaraq Azərbaycanın taleyi həll olunurВ».

Mənbəmiz iddia edir ki, dünən və srağagün Bakıda olan gürcü prezident idə əslində Bakıya nə hansısa müqviləni imzalamağa, nə də hansısa problemi həll etməyə gəlməmişdi. Gürcü prezidentinin Bakıdan gedəndən sonra В«qruziaonlaynВ» portalına verdiyi açıqlamasına da diqqəti çəkən mənbəmiz iddia edir ki, Rusiya Azərbaycanı yenidən əlində saxlamaq, əsarət zonasına daxil etmək üçün çox ciddi planlar üzərində çalışır və hətta bu məqsədlə külli miqdarda pul da ayrılıb.

Mənbəmizin söylədikləri: В«Saakaşvili dedikdə ki, В«LukoylВ»un prezidenti Vahid Ələkbərov Azərbaycanda çevrilişlə bağlı təlimat alıb, bu o demək deyil ki, o, hakimiyyətə gələcək. Yəni Vahid Ələkbərov Azərbaycanın İvanaşvilisi olmayacaq. Sadəcə olaraq, Rusiya В«LukoylВ» şefini sponsor kimi müəyyən edib və tamam başqa bir namizədin üzərində dayanırlarВ».

Hələlik bu yöndə məlumatların olduqca məxfi saxlanıldığını bildirən mənbəmiz Rusiya kəşfiyyatı ilə ortaq edən hakimiyyətiçi qüvvələrin zərərsizləşdirilməsinin vacibliyindən də danışdı: В«Rəsmi Bakının gecikməyə haqqı yoxdur. Əks halda, onlar daha çox işlər görə bilərlərВ».

Geri qayıt