Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ NAĞIYEV ÜÇÜN DƏ YAŞIL İŞIQ YANA BİLƏR
ƏLİ NAĞIYEV ÜÇÜN DƏ YAŞIL İŞIQ YANA BİLƏR28-02-2013, 16:46 |
![]() DİA.AZ: - Bakı baş polis idarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevin yenidən yüksək etimada layiq görülməsinin ardından digər sabiqlər üçün də yaşıl işığın yandırılma ehtimallarından daha çox danışılmağa başlanılıb. Bildirək ki, bu gün iki belə keçmiş məmur-səfir gözləmə mövqeyindədir. DİA.AZ-a daxil olan məlumatlara görə Hələlik sabiq MTN şefi Namiq Abbaosvun ulduğunun parlaması ehtimal olunmur, amma Azərbaycanın Belorusiyadakı keçmiş səfiri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev kifayət qədər şanslıdır. Bu barədə DİA.AZ-a danışan iqtidar daxilindəki mötəbər qaynaqlar sabiq səfirin Prezidet administrasiyasına gətiriləcəyini söyləyirlər. Mənbənin dedikləri: В«Lakin bunun üçün Əli Nağıyev bir qədər gözləməlidir. Daha doğrusu, Ramiz Mehdiyevin Prezident administrasiyasından gedişiniВ». Mənbəyə görə, bu ilin may ayının sonlarında veriləcək qərarla Ramiz Mehdiyevin öz postundan uzaqlaşdırılması nəzərdə tutulur: В«Bundan sonra Əli Nağıyev Prezident administrasiyasına gətiriləcəkВ». Mənbəyə görə, Ramiz Mehdiyevlə yanaşı, bu gün onun adamı kimi tanınan bir neçə fiqur da PA-dakı vəzifələrini itirəcəklər. Onların sırasında PA-da şöbə müdiri olan Əli Həsənovun da olduğunu bildirən mənbəyə görə, Əli Nağıyev də məhz Əli Həsənovun yerinə gətiriləcək. Bu isə o deməkdir ki, Əli Nağıyev yeni təyinatı üçün bir qədər gözləməlidir. Geri qayıt |