Əsas Səhifə > Siyasət > QƏRBDƏN MÜXALİFƏTƏ DƏSTƏK

QƏRBDƏN MÜXALİFƏTƏ DƏSTƏK


22-09-2011, 11:41
QƏRBDƏN MÜXALİFƏTƏ DƏSTƏK

MÜXALİF LİDERLƏR 2012 TƏDARÜKÜNDƏ

Xeyli vaxtdır cəmiyyətdə Qərbin Azərbaycan müxalifətinə dəstək verib-vermədiyi ilə bağlı müzakirələr gedir. Hadisələrin gedişatı fonunda belə bir dəstəyin şərt olduğunu düşünənlər hesab edirlər ki, müxalifət belə olan təqdirdə istənilən nəticəni əldə edə bilər. Ancaq düşərgənin özündən gələn xəbərlər isə ondan ibarət idi ki, bu məsələdə bir qədər səbr eləmək lazımdır.

Daxil olan son məlumatlara görə, Qərbin bir xeyli müddət yaranmış tərəddüdlərinə artıq son qoyulub və onlar gözlənilməz şəkildə Azərbaycan müxalifətinə dəstək vermək qərarına gəliblər. Etibarlı mənbənin verdiyi məlumata görə, həmin dəstək Azərbaycanda yenidən aktivləşən siyasi prosesləri əhatə edəcək və müdafiə məqsədi güdəcək. Yəni, Qərb Azərbaycan hakimiyyətinə təzyiqləri artırdıqca, müxalifətin də güclənməsinə yardımçı olacaq. Eyni zamanda, iqtidarın total repressiya aparmasına imkan verməyəcək.

Məlumatın ən maraqlı tərəfi odur ki, bu dəstək gəldikdən sonra AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər 2012-ci il hazırlıqlarına başlayıblar. Mənbə iddia edir ki, müxalifət liderləri siyasi proseslərin bundan sonrakı aktivlik dərəcəsi, əsas mübarizə ilinin gələn ilin əvvəlindən başlanılması və taktika ilə bağlı geniş müzakirələrə başlayıblar və bir çox məsələlərdə razılıq əldə olunub.

Çatan məlumatlarda o da vurğulanır ki, Qərbin belə bir qərar verməsi dünyada baş verən proseslərin artıq Azərbaycanda da baş verməsi zəruriliyindən irəli gəlib. Eyni zamanda, dəstək prosesi bir çox maraqlı prosedurları əhatə edəcək. Mənbənin iddiasına görə, Suriya və Liviya təcrübəsindən sonra özünə dərs götürən Qərb Azərbaycan və digər dövlətlərdə analoji səhvləri buraxmaq fikrində deyil. Belə ki, bu zaman ən ağır iqtisadi sanksiyaların tətbiqi belə gündəmdə olacaq.

Geri qayıt