Əsas Səhifə > Ölkə, Manşet > ABUTALIBOVU NƏ ZAMAN VƏZİFƏDƏN ALIRLAR?
ABUTALIBOVU NƏ ZAMAN VƏZİFƏDƏN ALIRLAR?28-02-2013, 12:31 |
BŞİH RƏHBƏRİ POSTUNA GƏNC KADR HAZIRLANIR DİA.AZ: - Bir zamanlar mərhum prezident Heydər Əliyev tərəfindən «YAP-ın qaymağı» adlandırılan məşhur «91-lər»in vəzifə başında qalan iki əsas simasından biri (digəri «Azərbaycan» Dövlət Nəşriyyatının direktoru Ağabəy Əsgərovdur -red.), gedəcəyi ilə bağlı mətbuatda dastanlar yazılan və buna rəğmən hələ də vəzifə başında qalması səbəbindən «ölməz Kaşey» adı ilə anılan Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Nazirlər Kabinetindəki mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, şəxsən prezidentin «çətiri» altına sığınan Hacıbala Abutalıbov hətta bu halda belə vəzifəsində əbədi deyil və onun prezident seçkilərindən sonra vəzifəsindən alınması qərarlaşdırılıb. Bilgili qaynaq iddia edir ki, Hacıbala Abutalıbov vəzifəsindən alınsa da, ona qarşı hansısa ittihamın, qərarın veriləcəyi imkansızdır: «Çünki Hacıbala Abutalıbov heç bir qruplaşmaya daxil olmaması ilə yanaşı, həm də prezidentin rəğbətini qazanmış tək-tük iqtidar adamlarından biridir ki, bu da onun bunca müddət boyunca vəzifə başında qalmasını qarantiləyir. Xatırladaq ki, bir zamanlar Hacıbala Abutalıbovun yerinə hazırda Sumqayıta rəhbərlik edən Eldar Əzizovun, Gəncəyə başçılıq edən Elmar Vəliyevin və Şirvan İH başçısı Mərdan Camalovun gətiriləcəkləri ilə bağlı xəbərlər yayılmışdı. Mənbəmiz Hacıbala Abutalıbovun yerinə kimin gətiriləcəyi məsələsi ilə bağlı bildirdi ki, BŞİH rəhbəri postuna yeni və gənc kadr gətirilə bilər: «Onun kimliyi barədə dəqiq heç nə deyilə bilməz. Amma güman olunur ki, hazırda prezidentin katibliyində çalışan gənc kadrlardan biri həmin posta hazırlanır». Geri qayıt |