Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİNİN ŞİRKƏTİNDƏ CİNAYƏT FAKTI

FHN ŞEFİNİN ŞİRKƏTİNDƏ CİNAYƏT FAKTI


28-02-2013, 11:22
FHN ŞEFİNİN ŞİRKƏTİNDƏ CİNAYƏT FAKTI
"AZƏRSU" "GİLAN HOLDİNQİ" OĞURLUQDA İTTİHAM ETDİ

DİA.AZ: - “Azərsu” ASC-nin abonent işləri bazası departamenti əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində ALKO LTD-AZƏR SPİRT MMC şirkətinə məxsus alkoqollu içkilər istehsal edən müəssisədə içməli sudan qeyri-qanuni istifadə faktı aşkar olunub. Rəsmi məlumatda deyilir ki, obyektə qeyri-qanuni çəkilmiş diametri 150 mm olan boru xətti ləğv edilib, müəssisə 195 436,80 manat cərimə olunub.

“ALKO LTD-AZER SPİRT” MMC Bakı şəhəri Xətai rayonu Zığ şossesində yerləşir. “Gilan Holding” şirkətlər qrupunun saytının məlumatına görə, o, holdinqə məxsusdur və yeyinti spirti, araq və maya istehsal edir. Bu il yanvarın 1-dən fevralın 20-dək “Azərsu” ASC içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə üzrə 178 fakt aşkarlayıb. Su infrastrukturundan istifadə qaydalarını pozanlara qarşı 473 min manat cərimə hesablanıb.

Geri qayıt