Əsas Səhifə > Gündəm, Manşet > LAÇINLI ZİYALILAR PREZİDENTDƏN GÖRÜŞ İSTƏDİLƏR
LAÇINLI ZİYALILAR PREZİDENTDƏN GÖRÜŞ İSTƏDİLƏR28-02-2013, 08:51 |
İCRA BAŞÇISINDAN NARAZI DÜŞƏNLƏR SƏFİRLİKLƏRƏ DƏ ÜZ TUTACAQLAR DİA.AZ: - Redaksiyamıza Laçınlı məcburi köçkünlərin adından daha bir şikayət məktubu daxil olub. DİA.AZ olaraq qarşı tərəfin də cavab haqqını tanıdığımızı bildirərək, şikayət məktubunu olduğu kimi diqqətinizə təqdim edirik: “Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun qanunazidd əməllərindən yazmadığımız dövlət orqanı qalmayıb. Vətəndaşların hüquq və azadlıqları Demokratik, Dünyəvi prinsiplər əsasında qorunan Azərbaycan Respublikasında müraciətlərimizə baxılmaması bizləri ümüdsüzlük təki dəhşətli bir bəla ilə üz-üzə qoyur. Rayonu öz qanunları ilə idarə edən Laşın Rayon İcra Başçısı R.Cəbrayılova yuxarı orqanlarda himayədarlıq edən bəzi dövlət məmurları bizləri təssüfləndirməklə yanaşı hökumətə və dövlətə olan inamımızı da zədələyir. Biz laçınlı köçkünlər Dövlətə, dövlətçıliyə sadiq olaraq beynəlxalq təşkilatlara müraciət etməyi məqsədəmüvafiq hesab etmirdik. Lakin hazırkı durumumuz və dövlət orqanlarının müraciətlərimizə östərilən laqeydlik bizləri beynəlxalq hüquq təşkilatlarına və xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə müraciət etmək məcburiyyətində qoyub. Yaxın günlərdə bir sıra beynəlxalq təşkilatlara və səfirliklərə müraciət edəcəyik. Hörmətli Agentlik… Sizin portalınız vastəsiylə cənab Prezidentimiz İlham Əliyevə müraciət edirik. Cənab Prezident! 12 fevral 2013-cü il tarixdə Rayon İcra başçılarının iştirakı ilə keçırdiyiniz müşavirədə Rayon İcra başçılarına verdiyiniz tövsiyyə və tapşırıqlar biz Laçınlıların sevincinə səbəb oldu. Hesab edirdik ki, Laçın Rayonun İcra Başçısı R.Cəbrayılov bu müşavirədən sonra rayon sakinlərinə qarşı apardığı represiyaları və şər-böhtan kompaniyasını dayandıracaq. Çox təəssüf hissiylə qeyd edirik ki, həmin müşavirədən sonra R.Cəbrayılov yuxarı orqanlara şikayət ərizəsi ilə müraciət edən rayon sakinlərinə qarşı daha amansızcasına divan tutmağa başlayıb. Cənab Prezident ! İnsan hüquq və azadlıqlarının təminində mühüm amillərdən olan vətəndaşların müraciətlərinə baxlması hüquqlarımız pozulur. Aidiyyatı dövlət orqanlarına yazdığımız şikayət ərizələrinin baxılıb tədbir görülməsi üçün Laçın Rayon İcra Hakimiyyətinə və Rayonun hüquq mühafizə orqanlarına göndərilməsi bizim və yaxınlarımızin R.Cəbrayılovun qəzəbinə tuş gəlməsinə səbəb olur. R.Cəbrayılov biz köçkünlərə 1992-ci ilin dəhşətli günlərini təkrar yaşadır. Xahiş edirik düşdüyümüz qorxunc vəziyyəti nəzərə alıb bizim bir qrup ağsaqqal və ziyalıları qəbul edəsiniz. 1.HƏSƏNOV ASTAN ƏHLİMAN OĞLU 2.BAXIŞOV BAXIŞ ASLAN OĞLU 3.BAXIŞOV İNTİQAM BAXIŞ OĞLU 4.MƏMİYEV MÜSLÜM AZAD OĞLU 5.NƏCƏFOV KAMİL SEVİNDİK OĞLU 6.ALIYEV MÜRŞÜD ƏBDÜL OĞLU 7.BAXIŞOV ÜNSÜYYƏT BAXIŞ OĞLU 8.HƏSƏNOV NURASLAN ƏHLİMAN OĞLU 9.ALIYEV ƏBDÜL QARA OĞLU 10.BAXIŞOV NAZİR BAXIŞ OĞLU 11.HƏSƏNOV ƏLƏS TAN ƏHLİMAN OĞLU 12.MƏMMƏDOV TEYMUR İSA OĞL! U 13.CƏFƏROV FİZULİ MƏHƏMMƏD OĞLU" Geri qayıt |