Əsas Səhifə > Ölkə, Manşet > İCRA BAŞÇISI ÇİRKLİ PUL YUMAQDA İTTİHAM OLUNDU
İCRA BAŞÇISI ÇİRKLİ PUL YUMAQDA İTTİHAM OLUNDU27-02-2013, 15:00 |
SƏBAYEL İCRA BAŞÇISINDAN VƏTƏNDAŞ ŞİKAYƏTİ DİA.AZ: - Redaksiyamıza Bayıl qəsəbəsinin bir qrup sakini adından şikayət məktubu daxil olub. Xatırladaq ki, bir müddət əvvəl də DİA.AZ-a müraciət edən Bayıldakı Aqil Quliyev küçəsi 21 ünvanının məskunları yaşadıqları binanın damının qəzalı vəziyyətdə olmasından, hər an uça bilməsindən giley-güzar etmişdilər. İndi də eyni problemlə üz-üzə qaldıqlarını bildirən şikayətçilərin sözlərinə görə, uzun müddət əlaqədar qurumlara müraciət etdikdən sonra onlara Səbayel rayon icra hakimiyyəti adından damlarını qırlamaq üçün tol göndəriblər. Sakinlərin müraciətində deyilir: «Biz bildirmişik ki, binamızın damı qəzalı vəziyyətdədir və hər an uça bilər. Amma iki gündən bir tədbir keçirib, guya ki imkansız ailələrə pul payladığını nümayiş etdirən Səbayel icra hakimiyyəti bildirir ki, onların büdcəsində təmir üçün pul yoxdur və biz Bakı şəhər icra hakimiyyətinə müraciət etməliyik. Biz başa düşə bilmirik, bu adamlar «pul yoxdur» deyirlər, amma qeyd etdiyimiz kimi, müxtəlif tədbirlər adı altında pul paylayırlar. Hətta bu günlərdə jurnalistlərə də pul paylamışdılar. Həmin pulların qaynağını kimsə onlardan soruşmur. Halbuki biz yaxşı bilirik, elə evlərimizin təmirinə ayrılan pulların mənimsənilməyən hissəsidir ki, Səbayel icra hakimiyyəti bu yolla «çirkli pullarını» yumaqla məşğuldur». Sakinlər hələ də eyni problemi yaşadıqlarını və yağışlı günlər səbəbindən evlərinin gölməçə olduğunu da bildirdilər: «Bu yağış suları 1903-cü ildə tikilmiş binamızın çökməsinə də nədən olacaq. Prezident seçkiləri ərəfəsidir. Səbaeyilin icra başçısı nə etmək istəyir? Nədən xalqı çöllərə töküb prezidentə şikayətə göndərtdirir? Çünki evimiz uçarsa, bizim prezidentdən başqa ümidimiz qalmır»… Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |