Əsas Səhifə > Hadisə, Güney Press > GÜNEY AZƏRBAYCANDAN RAFİQ TAĞI AÇIQLAMASI
GÜNEY AZƏRBAYCANDAN RAFİQ TAĞI AÇIQLAMASI27-11-2011, 12:10 |
GÜNEYDƏ DƏ BU QƏTLİN İRANIN SİFARİŞ ETDİYİNƏ ƏMİNDİRLƏR Güney Azərbaycan Qələm Təşkilatı azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, sənəddə bildirilir ki, Rafiq Tağı tanınmış Azərbaycan yazıçısı idi: “Rafiq Tağı ifadə azadlığının düşmənləri tərəfindən qətlə yetirilən ilk yazıçı deyil. Bu yazıçı “İran və qloballaşma qaçılmazlığı” adlı bir məqaləsində İranın siyasətini tənqid etdiyinə görə noyabrın 19-da hücuma məruz qalaraq bıçaqlanıb. Noyabrın 23-də isə Rafiq Tağı aldığı ağır xəsarətlərdən dolayı qurtarıla bilməyib və xəstəxanada dünyasını dəyişib. O bundan əvvəl də “Avropa və biz” adlı digər məqaləsinə görə Ayətullah Fazil Lənkərani tərəfindən ölümə məhkum edilmişdi”. Bəyanatın sonunda Güney Azərbaycan Qələm Təşkilatı Rafiq Tağının qətlə yetirilməsini kəskin şəkildə qınayır bunu insanlığa qarşı dəhşətli cinayət hesab edir. Qeyd edək ki, Güney Azərbaycan Qələm Təşkilatı Türkiyə, ABŞ, Kanada və başqa ölkələrdə mühacirətdə yaşayan, əslən İrandan olan azərbaycanlı ziyalılar tərəfindən bu il yaradılıb. Təşkilat Beynəlxalq İnsan Haqları Bəyannaməsi əsasında fəaliyyət göstərən Beynəlxalq Qələm Təşkilatının əsasnamə və nizamnaməsini bütövlükdə qəbul edir, onun yanında fəaliyyət göstərir. Qurumun üzvləri arasında Rza Bərəhani, Südabə Ərdəvan, Əlirza Əsgərzadə, İsmayıl Cəmili, Əlirza Quluncu, Saif Hətəmlu, Haşim Xosrovşahi, Fərzad Səmədli, Heyətullah Soltanzadə, Hüseyn Süleymanoğlu, Yunis Şamili, Siddiqə Ədaləti, Əli Qaracalu, Leyla Müctəhidi, Əlirza Müzəffəri (Miyanalı), Məhəmmədrza Heyət, Əhməd Yəzdani və s. tanınmış ziyalılar var. Geri qayıt |